Bəziləri, Mehdini gözləmək tənbəllikdir deyir. Halbuki bu çox səhv inancdır. Mehdini gözləyən, onu dəstəkləmək, ona tələbə olmaq üçün heyrətamiz səy göstərər, bütün gücünü istifadə edər. Çox şövqlü olur. Peyğəmbərimiz “Hz. Mehdi ilə müjdələnin. O Qureyşdən və Əhli-i Beytimdən bir adamdır. “(Kitab-ul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, səh. 13) deyə Mehdinin gələcəyinin müjdəsini verir insanlara. Bədiüzzaman isə “O irəlidə gələcək qəribə şəxsin (Mehdinin) (təəccüb və heyrət oyandıran şəxsin) bir xidmətçisi və ona yer hazır edəcək bir dümdarı (əvvəldən gələn təqibçisi) və o böyük sərkərdənin PİŞDAR bir nəfəri (qabaqcıl bir əsgəri) olduğumu zənn edirəm.” dedi və bütün ömrü boyunca Allah yolunda, Mehdiyə xidmət etmək üçün mübarizə apardı. Əbdülqadir Gilani, İmam Rəbbani eyni şəklidə Mehdini gözlədilər və Allah yolunda, Mehdiyə xidmət etmək üçün mübarizə apardılar. Biz də Mehdini gözləyirik, tələbə olmaq istəyirik, bu səbəbdən var gücümüzlə mübarizə edirik.
(A9 TV; 20 fevral 2018)
Bir insanın gözünə baxanda, Allah o gözdən həmin adamın xarakterini sənə izah edər. Göz çox həyatidir. Gözəl, dərin, ağıllı baxışa sahib qadın ən böyük lüksə sahib olmuş deməkdir.
(A9 TV; 20 fevral 2018)
İnsan özünü məcbur edərək fitrətini pozar, təbii halında insan çiçək kimi tərtəmizdir. İnsan özünə müdaxilə edərək əxlaqını pozur, müdaxilə etməsə, özünü rahat buraxsa çox əsilzadə, alicənab, Allaha çox yaxın olar. Adətən insan gözəl danışmaq istəyər, özünü naza qoymaqdan nifrət edər amma hər kəsi tərs gördüyü üçün naz etmək üçün özünü məcbur edir. Əxlaqsızlıq etmək çətindir.
(A9 TV; 20 fevral 2018)
Münafiq axşama qədər müsəlmanla mübarizə aparar. Müsəlman da axşama qədər şeytanla, dəccaliyyətlə elmi mübarizə aparar. Müsəlman təbliğ mərasimi edər. Münafiq isə yalnız qotur it kimi davakarlıq edib sonra da qorxaq kimi qısılar.
(A9 TV; 20 fevral 2018)
Dünya metafizik mühitdir. Dünyanın ən başından ən sonuna qədər şeytanla möminlərin elmi mübarizəsi var və davam edəcək. Bu mübarizədə şeytan komandasının batil peyğəmbəri olur, möminlərin də haqq peyğəmbəri olur. Dəccal, şeytan komandasının saxta peyğəmbəridir. Möminlər sevgiylə, sülhlə, elmlə, irfanla din əxlaqının gözəlliyini dünyaya hakim edərlər. Dəccaliyyət isə qan tökərək zülmü hakim etmək üçün məşğul olar. Dəccaliyyət zahirən möminlərə nisbətən daha böyük və güclü kimi görünməsinə baxmayaraq taledə məğlub olmuş olaraq yaradılmışdır.
(A9 TV; 20 fevral 2018)
Birtərəfli Darvinist təhsilin qaldırılmadığı müddətcə, cəmiyyətdə sevgi, hörmət və dəyər vermək mümkün olmayacaqdır. Yalnız uşaq və qadınların müdafiəsi cinayət sanksiyaları ilə təmin edilmir. Cinayət sanksiyaları əxlaqsız olanlara mane ola bilməz. Allahı, imanı və əxlaqi inkar edən Darvinizm insanlara öyrədilməyə davam edərkən, insanların qarşısında olanı bir növ heyvan kimi görəcəkdir. Bir-birini heyvan olaraq görənlərin hörmət, sevgi, dəyər vermə kimi anlayışları yaşaması qeyri-mümkündür. Gəncləri bir tərəfdən darvinist təhsil, digər tərəfdən ənənəçi Ortodoks sistemlə sıxışdırmağın sonunda ortaya dəhşət verici model çıxır. Bunu aradan qaldırmanın tək yolu doğru təhsildir. Aydın, müasir, elmi, imanı təhsillə gənclərin yetişdirilməsidir.
(A9 TV; 20 fevral 2018)
Ölüm, təsvirin aydınlaşmasıdır. Axirətdə mömin üçün hər şey aydındır, bulanıq heç bir mövzu yoxdur. Narahat olacağı, vahimə yaradacaq heç bir şey yoxdur.
(A9 TV; 20 fevral 2018)
Ömər Halisdəmir, Allah sənə cənnət nəsib etmiş, nə xoşbəxt sənə. Allah şəhadətini mübarək etsin. Allah anana, atana, sevdiklərinə xeyirli uzun ömür versin. Səninlə qürur duyuruq. Sən bizim şərəfimizsən. Halal olsun sənin dəliqanlılığına, halal olsun sənin qabadayılığına, halal olsun sənin igidliyinə.
(A9 TV; 20 fevral 2018)
İngilis dərin dövlətinin alçaqları və xainləri hələdə alçaqca və həyasızca millətimiz və dövlətimiz əleyhinə planlar qururlar. Bunlara ən gözəl cavabı Tayyib hocam, “Osmanlı yumruğunu öyrənmək istəyən Kutul Amarəyə və Çanaqqalaya baxsın” deyərək vermiş.
(A9 TV; 20 fevral 2018)
Biz cənnətlə iç-içə yaşayırıq. Aramızda sonsuz incə bir zər var kimi düşünün, iç-içəyik. Allah Qatında məkan yoxdur. Məkan insan üçün yaradılır. Allah zaman və məkanın üzərindədir.
(A9 TV; 20 fevral 2018)





