Mən yalnız Qurana tabe oluram. Azadlıq mənim xoşuma gələr. Qadın olsun, kişi olsun azad olması gərək. Təzyiq insanın düşünmə bacarığını, müəllif gücünü, yaradıcılığını yox edər. Sevincini qaçırar, şövqünü qaçırar, danışma qabiliyyətini pozar. Quran dünyaya Allah tərəfindən təqdim edilmiş azadlıq nemətidir, azadlığın kitabıdır. Quran qədər insanlara azadlıq təqdim edən heç bir sistem, heç bir inanc, heç bir əxlaq anlayışı yoxdur.
(A9 TV; 19 fevral 2018)
Qısqanclıq, qarşısındakı insanın əlindən nemətin getməsini istəməkdir. Qısqanc insan qarşısındakına yaxşılıq gələndə üzülər, pis nə isə gələndə sevinər. Bu, çox böyük əxlaqsızlıq və zülmdür. Allahın gizli elmi vardır. Qısqanılan insan daha bərəkətli, canlı və diri olur, qısqanc olan isə solğun, yorğun və çökmüş olur.
(A9 TV; 19 fevral 2018)
Kişiləri qadınlara qarşı nifrət oyadan tərbiyə verdilər. Qadının insanla heyvan arası məxluq olduğunu təlqin edərək insanları öyrədirlər. Qadınları da, “sən nöqsanlısan, yarım varlıqsan” deyə öyrədirlər. “Səni ərin döyər, döyəndə əsəbləri soyuyur, heç vaxt şikayət etməyəcəksən” deyirlər. Bunu da Peyğəmbər söylədi deyirlər. Peyğəmbər əsla belə çirkin şey söyləməz. Elə səhv təhsil verirlər ki, Allahın ən gözəl nemətlərindən biri olan qadınlara dəyər verə bilmir, onları sevə bilmir və hörmət göstərmirlər.
(A9 TV; 19 fevral 2018)
İslam ölkələrində ən böyük təhlükələrdən biri münafiqlərdir. Münafiq özünü namuslu, ağlı başında, İslamı yaşayan biri kimi göstərir. Amma əməl etdiyi İslam deyil öz başına görə yaratdığı şəriətdir. Münafiqin dinində Quranın 99%-i yoxdur.
(A9 TV; 19 fevral 2018)
Müsəlman xeyirdə tələskəndir. Xeyir təxirə salınmaz. Şeytan gözəlliyin və yaxşılığın təxirə salınmasını istəyir. Mərhəmət göstərəcəksən, təxirə sal deyər. Bağışlayacaqsan, təxirə sal deyər. Şeytan həmişə ağırtərpənəndir. Müsəlman isə yaxşılığı dərhal həmin an edər.
(A9 TV; 19 fevral 2018)
İnsanı Allahın ruhu olaraq görmədikləri üçün hörmət də göstərmirlər. Ya təkamüllə meydana gəlmiş varlıq olaraq görür ya da ənənəçi sistemin təsiriylə qadınları yarım varlıq olaraq görürlər. Belə cəmiyyətdə kimsənin heç kimə hörməti qalmaz. Hörmətin meydana gəlməsi üçün Quran əxlaqı lazımdır.
(A9 TV; 19 fevral 2018)
İman çətin deyildir. İnsanlar özlərinə hər şeyi çətinləşdirir. Allah insanlara asanlıq diləyər. Din asandır, iman asandır. Çətinləşdirmək insanın özünə etdiyi əziyyətdir.
(A9 TV; 19 fevral 2018)
Həqiqi eşqi Allaha yaxşı konsentrasiya olduğumuzda taparıq. İnsanlarda Allah əleyhinə düşünmə meyli yüksəkdir. Bu bir çox insanın fərq etmədiyi bəladır. Bir insanı qaş-qabaqlı görəndə bilin ki, Allahın əleyhinə düşünür. Allahın lehinə düşünən birində heç vaxt qaş-qabaqlılıq, qeyri-sabitlik, inadcıllıq, paxıllıq olmaz.
(A9 TV; 19 fevral 2018)
Allah qullarını yaradıb tərk etməz. Mütləq vəhylə nə istədiyini bildirir. Dünyanın nə olduğunu, məqsədimizin nə olduğunu tam, açıq, dəqiq anlayacağımız şəkildə Quranda izah etmişdir. Bu səbəbdən Qurana tam uyduğumuzda qurtuluşa çatmış olarıq.
(A9 TV; 18 fevral 2018)
Fırat Çakıroğlu şanlı şəhidlərimizdən biridir. Allah şəhadətini qəbul etsin. Ailəsinə səbri-cəmil, hidayət, nur və sağlamlıq nəsib etsin.
(A9 TV; 18 fevral 2018)





