Şəhid dəfnlərində hüznlü musiqi istəmirik. Biz millət olaraq şəhidlərimizlə qürur duyuruq, şəhidlərimizin ləyaqətlə, sevinclə yola salırıq. “Qəlbimizdən vurulduq”, “evlərə atəş düşdü” kimi üslubları müsəlman millətimizə yaraşmaz. Millətimizin inancına tərs olan bu üslubun bütün mətbuatdan və bütün yazılardan silinməsini istəyirik. İgidlərimiz “biz toya gedirik” deyirlər. Onların bu igidliyinə qarşılıq, şəhid olduqlarında hüznlü musiqiləri çalmaq, hüznlü danışmaq şəhidlərimizi incidər.

(A9 TV; 23 fevral 2018)

Bəzi insanların şüur altında din üçün acı çəkmək lazımdır, gülməmək, əylənməmək lazımdır, yoxsa cənnətə gedə bilməzsiniz məntiqi vardır. Buna görə “din qarmaqarışıq şəkildə çətin olmalı ki, dində yaxşı yol gedə bilsin” məntiqi hakimdir. Bu minlərlə illik köhnəlmiş düşüncədir. Halbuki İslam dinləri həmişə cənnət azadlığını gətirər. Hz. İbrahimin gətirdiyi din də, Hz. Süleymanın gətirdiyi din də, Peyğəmbərimiz (s.ə.v)-in gətirdiyi din də, həmişə cənnət ruhu, cənnət azadlığı, cənnət gözəlliyi, cənnət keyfiyyəti, cənnət sevinci gətirər. Münafiq sistemlər də cəhənnəm dilemması, cəhənnəm nemətsizliyi, cəhənnəm əzabı gətirər. Peyğəmbərimiz (s.ə.v) Quran ilə birlikdə mümkün qədər azadlığı tanıdı və insanlara izah etdi. Allah, insanların ürəyində istədikləri azadlığı Quran ilə halal etdi. İnsanların üzərindəki təzyiqləri qaldırdı. Quran ilə birlikdə arxa arxaya azadlıq əmrləri gəlir. Allah insanların üzərindəki ağır zəncirləri qaldırır. Azadlıq artdıqca münafiqlər həm bu azadlığa çox həsəd aparırlar, həm də xalqa qarşı özlərinin üstünlük əldə etdiklərini düşünürlər. “Biz daha mühafizəkarıq, onlar (Peyğəmbər və səhabə) isə dini daha asan yaşayır, dinimizi dəyişdirirlər” deyə insanlara təsir etməyə çalışarlar. Münafiqlərin bütün mövzuları Peyğəmbərin dini necə yaşadığına dair öz ağıllarına görə tənqidlər olur. Peyğəmbərə haşa güvənmədiklərini hər sözləriylə ifadə edirlər. Allahın Peyğəmbərə bildirdiyi hər azadlıq hökmünü şübhə ilə qarşılayırlar. Bu alçaq və xain zehniyyətdə olanlar Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra gücləndilər və Ortodoks İslam anlayışının təməlini meydana gətirdilər. Qadının alçaldılması, qadının şeytan kimi olduğu, qadının döyülməsi lazım olduğu kimi dəhşət verici izahları İslam kimi dinə əlavə etdilər. Sonra gələn müsəlmanlar da bilmədən bunları sanki Allahın hökmü imiş kimi sahibləndilər. O gündən bu vaxta qədər gələn bu səhvi Quranda izah edilən həqiqi müsəlmanlığı izah edərək düzəldəcəyik inşaAllah.

(A9 TV; 22 fevral 2018)

Fələstin və İsrail Peyğəmbərin nəslindəndirlər. Bir Peyğəmbərin iki övladı. Peyğəmbər övladlarının bir-birini sevdiyi, qardaş olduğu, dost olduğu bir mühit olsun istəyirik. Bütün problemlərin tək həlli sevgidir. Hz. İbrahimin övladları bir-birinə sarıldığında bölgə cənnətə dönəcək. Ittihadı İslamın ilk addımı da bu sevgi olacaq.

(A9 TV; 22 fevral 2018)

Yoldaşlıqların uzun sürməsi üçün insanların əksik və qüsurlu olduğunu başdan qəbul etmək lazımdır. Allah, Quranda insanın nankor, zalım və cahil olduğunu söyləyir. Allaha qarşı bu cür davranış göstərən, insanlara qarşı daha çoxunu edər. Bunu bilərək rasionalist yanaşma ilə hirslənmədən, şəfqətlə məqbul yaxınlaşmaq və mövzuları böyütməmək lazımdır. Yoxsa kimsə ilə əlaqə qurmaq olmaz. Hər zaman hər şeyin xeyirli, yaxşı və gözəl tərəfinə baxaraq hərəkət etmək lazımdır.

(A9 TV; 22 fevral 2018)

Keyfiyyət çox vacib mövzudur. Mədəniyyət və incəsənət olar amma keyfiyyət olmazsa çox böyük əksiklik olar. Keyfiyyəti ön plana almaq lazımdır.

(A9 TV; 22 fevral 2018)

İmanla, Allaha yaxınlıqla həyat çox gözəl olar. Hər insan gözünün önündəki ellips ekranı izləyir. Ətraf qapqaranlıq rəng, işıq, səs yoxdur. Amma bu ekranda rəng var, işıq var, səs var. Allahın hər cür gözəlliyinin təcəlli etdiyi ekran bu. Bu ekran sənə göstərəni çox sevdiyində, çox andığında, çox hüzurlu və gözəl yaşayarsan.

(A9 TV; 22 fevral 2018)

Hər cür problemi kökündən aradan qaldırılması üçün darvinist, materialist təhsilin ləğv edilməsi lazımdır. Özünün bir növ heyvan olduğuna inanaraq yetişən biri hər cür pisliyi, iyrənc işlər görməyi, əxlaqsızlığı gözə alar. Pislik olduğunda əlbəttə hüquqi cəzasının verilməsi lazımdır. Ancaq əhəmiyyətli olan pisliyin olmamasını təmin edə bilməkdir. Bu da təhsillə təmin edilə bilər. Allah sevgisi, Allah qorxusu, dünyadan keçmək, eqoizmdən xilas olmaq, sevgi, şəfqət, heyvanlara, bitkilərə, hər şeyə qarşı mərhəmət öyrədilərsə, o insan heç bir cinayət işləməz, əxlaqsızlığa meyl etməz.

(A9 TV; 22 fevral 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)