Münafiqlər, möminlərin azadlığına qarşı olduqlarını və azadlığı məhdudlaşdıracağını iddia edərək hücum edirlər. “Biz mütəəsib və daha təqvalıyıq” deyə ortaya çıxarlar amma əslində çox əxlaqsızdırlar. Fitnə çıxara bilmək, özlərini dindar, dürüst, təqvalı göstərmələri üçün inadla azadlıq əleyhinə olduqlarını vurğulayırlar.

(A9 TV; 22 fevral 2018)

Bənzəməklə Mehdi olmaz. Zənn ilə Mehdilik iddiası olmaz. Sevdiklərinin hüznü zənni ilə Mehdilik olmaz. İslam əxlaqı dünyaya hakim olduqda, İslam Birliyi meydana gəldiyində, İsa Məsihin namazda önə keçirdiyi adam üçün “Allahualəm bu şəxs Mehdidir” deyəcəyik. Bunun xaricində Mehdilik iddia etmək İslama və Qurana uyğun deyildir.

(A9 TV; 21 fevral 2018)

Allah ilə əlaqəli olmayan hər şey insana sıxıntı verər. İnsan müstəqil varlıq deyil. Taleyə bağlı yaradılmışdır. Necə ki, bir televiziya verilişi müəyyən sistemə bağlıdır, onun xaricinə çıxa bilməz. Biz də tale sisteminə bağlı olduğumuz üçün Allah ilə əlaqədən başqa məqbul həyat yaşamağımız mümkün deyil. Allah ilə əlaqə olduğunda əsaslı, ağıllı, etidallı həyat yaşayırıq.

(A9 TV; 21 fevral 2018)

Ağlı, sevgini, nəzakəti, gözəlliyi, keyfiyyəti ön plana alan həqiqi Quran müsəlmanlığını, ən çox əleyhinə olan insanlar belə şüur altında qəbul etmiş vəziyyətdədirlər. Bizim bəhs etdiyimiz həqiqi İslam xaricində yaşana bilər başqa model olmadığını bütün insanlar dərk edir.

(A9 TV; 21 fevral 2018)

Haqq dinlər azadlıq gətirər, münafiqlər dinin gətirdiyi azadlığı qısqanar və bu azadlığı tənqid edərlər. Dinə qarşı olanlarla münafiqlər birləşərək dinin azadlığının yaşanmasını qarşısını almaq üçün məşğul olarlar. Peyğəmbərlərin gətirdiyi dini haşa bəyənməz. Mühafizəkar kimi ortaya çıxıb özlərini peyğəmbərlərdən üstün görürlər. Hətta özlərinin haşa Allahdan daha əxlaqlı olduğunu iddia edirlər. Peyğəmbərlərin azad olmasını, gözəlliyi sevməsini, zənginlik və bolluq içində yaşamasını, həyat dolu olmasını çox qısqanarlar. Qısqanclıqlarını ört-basdır etmək üçün də özlərinin daha mühafizəkar olduqlarını Peyğəmbərlərin isə dindən uzaqlaşdığını iddia edərlər. Halbuki münafiqlər super əxlaqsızdırlar. Kinli, keyfiyyətsiz, təcavüzkar ruhludurlar. Hər dövrün münafiqləri bu ortaq xarakterə malikdir.

(A9 TV; 21 fevral 2018)

Münafiq Allahın dininə kömək etməz, Allahın dininə kömək edənə də kömək etməz. Tam tərsinə maneə törətməyə çalışar. Allahın, buna qarşılıq verdiyi ən böyük cəzalardan biri yalnızlıqdır. Münafiqlər həmişə hirs və kin içində tək-tənha yaşayarlar. Ağızlarından yalnız murdarlıq axar, nə Darvinizmin keçərsizliyini, nə materializmin yanlışından, nə İngilis dərin dövlətindən, nə də PKK təhlükəsindən bəhs edərlər. Murdar ağızları ilə varsa yoxsa müsəlmanları hədəf alırlar. Öz ağıllarına görə müsəlmanların şövqünü qıra bilmək, əzmlərini qıra bilmək, başarısından narahat olmaq münafiq məntiqidir.

(A9 TV; 21 fevral 2018)

İnsan sevməyi və sevilməyi istəyər. Xatırlanmamaq, unudulmaq çox pis şeydir. Amma insanlar Allahı unutduqlarında, Allah da o şəxsi unutduğu üçün sevgisizlik, mərhəmətsizlik, hirs və əsəb hakim olur.

(A9 TV; 21 fevral 2018)

Şəhidlərimizin olması millətimizin qürurudur. İgidlərimizlə şərəf duyuruq. Allah şəhadətlərini qəbul etsin. Ailələrinə Allah xeyirli sağlam uzun ömür nəsib etsin. Qazilərimizə də, şəhidlərimizə də qibtə edirik. Qazilərimizin həyatının hər dəqiqəsi çox böyük savabdır. Allah onlara nə gözəl mövqe təqdir etmiş, maşaAllah.

(A9 TV; 21 fevral 2018)

Pislərin çox olması yaxşıların az olması, yaxşıların yetişməsi üçün məcburi sistemdir. Yaxşı insanın yaxşı yetişməsi üçün pislərin çox olması lazımdır. Necə ki, xüsusi təyinatlıların təlimi üçün xüsusi çətin şəraitlər yaradılırsa, hər maneə onları necə gücləndirirsə, pislərin çoxluğu da yaxşının təhsili üçün əsas şərtdir.

(A9 TV; 20 fevral 2018)

Mehdini gözləməyənlərin son dərəcə şövqsüz və bədbəxt halları olur. Mehdini gözləmək insanları ətalətə aparır deyirlər, halbuki özləri onsuz da ətalət içindədirlər. Mehdini gözləyənlər də son dərəcə canlı, şövqlü və çalışqandır. Əsas Mehdini gözləməmək, ona qarşı gəlmək ətalət gətirər.

(A9 TV; 20 fevral 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)