Allah qorxusu, Allahın sevgisini itirmək narahatlığıdır. Bu, sevginin və ağılın təməli olan qorxudur. Allah qorxusuyla sevgi çoxalır. Mömin Allahdan gələn hər şeyə həmişə razıdır və zövqlə qarşılayar. Möminin duyduğu qorxu əzab qorxusu deyil, bu qədər çox sevən və nemət verən Allahın sevgisini itirmə ehtimalıdır.

(A9 TV; 27 fevral 2018)

Münafiq zehniyyətiylə, dinə kin və hirs duyaraq lağ edici üslub istifadə edənlərin yanında söhbətə qatılmaq olmaz. Bilmədiyindən ötəri bunu edən biri varsa, o adamı da, gözəl sözlə xəbərdar edirsən, “bu etdiyin Qurana uyğun deyil” deyərsən, o da peşman olar. Bir daha etməz inşaAllah.

(A9 TV; 27 fevral 2018)

Ərbakan hocamızı rəhmət, sevgi və hörmətlə xatırlayırıq. Çox qiymətli dava adamı, çox səmimi mömin idi. Ərbakan hocamız sanki bir mürşid kimi bir-birindən dəyərli insanlar yetişdirdi. Dindarlara, məzlumlara həmişə sahib çıxdı. Həmişə çox vicdanlı, əzmli və qərarlı idi. Müsəlmanların qüruru oldu. Allah qəni-qəni rəhmət etsin, cənnət əhli etsin, bizləri cənnət qardaşı etsin.

(A9 TV; 27 fevral 2018)

Ailələrin bir qismi uşaqlarına sevgi öyrətmir. Uşağın ən böyük ehtiyacı sevgidir. Uşaq sevgini bütün detallarıyla, necə yaşaya biləcəyini bilməlidir. Nə Allah sevgisi öyrədirlər, nə də Allahın yaratdıqlarını sevməyi öyrədirlər. Bu Axırzamanın faciələrindən biridir.

(A9 TV; 26 fevral 2018)

Mömin vicdanı ilə yaşayar. Vicdanıyla yaşamayan insan cəsəddir. O insanın baxışlarında məna meydana gəlməsi qeyri-mümkündür. İnsanı ən çox narahat edən, insanları bir-birindən soyudan nankorluqdur. Mömin həmişə vicdanlı davranıb nankorluqdan və eqoizmdən var gücü ilə uzaqlaşar.

(A9 TV; 26 fevral 2018)

Tayyib hocam aslan kimi maşaAllah, əsl Anadolu dəliqanlısı. Allah uzun və xeyirli ömür nəsib etsin ona. 2019, 2029, 2039-da da Tayyib hocam həmişə ölkənin başında olacaq evelAllah. Gözəl əxlaqı, dürüstlüyü və səmimiyyəti ilə millətimizin gözlərinin qarşısında olan insan. Tayyib hocam, Ərbakan hocamızın yanında yetişdi. Onun kimi imanlı və vicdanlı dava adamıdır. Tayyib hocam qışqır-bağırdan təsirə düşməz, yalnız vicdanını dinləyər.

(A9 TV; 26 fevral 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)