Türkiyədə darvinizmə inanmayanların nisbəti ən azı 80%-dir. Allaha inananların nisbəti də 95%-dir. Allah işlərimizi vəsilə etdi.
(A9 TV; 17 yanvar 2017)
İngiltərə dərin dövləti xüsusi seçdiyi bəzi kəsləri darvinist olaraq yetişdirir, sonra müxtəlif formalarda darvinizmə xidmət etdirir.
(A9 TV; 17 yanvar 2017)
Elm adamları heç bir ara fosil olmadığını açıqca ifadə etmişdir, növlər bir anda ortaya çıxmışdır və heç dəyişməmişdir, yəni yaradılmışdır.
(A9 TV; 17 yanvar 2017)
Allah Quranda insanı ən gözəl biçimdə yaratdığını bildirir. İnsanın yaradılışında təkamül mərhələləri varmış kimi göstərmək böyük səhvdir. Ayədə işlənən “Biz, həqiqətən, insanı ən gözəl biçimdə yaratdıq” ifadəsi insanın ilk yaradılışda qüsursuz yaradıldığının sübutudur.
(A9 TV; 17 yanvar 2017)
700 milyon fosil olduğu və bunlar canlıların dəyişmədiyini göstərdiyi halda, elmi həqiqətlərə qarşı çıxıb, təkamülü müdafiə edənlər səhv edirlər. 700 milyon fosil arasında tək bir ara fosil yoxdur, hamısı yaradılışı sübut edir. Yaradılış həqiqətinə müqavimət göstərmək elmi deyil.
(A9 TV; 17 yanvar 2017)
Bir kompyuter necə təsadüfən meydana gəlməzsə, hüceyrə və zülal da təsadüfən meydana gəlməz. Bəzi darvinistlərin sırf etibar üçün təkamülü müdafiə etmələri səhvdir.
(A9 TV; 17 yanvar 2017)
Dünyadakı müsəlmanların darvinizmə inanıb-inanmadığına dair anket sorğusu keçirilsə, Türkiyədə 80-90% nisbətində darvinizmə inanılmadığı görülər.
(A9 TV; 17 yanvar 2017)
Quran ayələrinə görə çətin vəziyyətdə olan müsəlmanlar Allaha, bir Mehdi, yəni xilaskar göndərməsi üçün dua edirlər.
(A9 TV; 17 yanvar 2017)
Mehdi Tövrat və İncildə çox geniş şəkildə yer alır. Quranda da bir çox ayədə mehdiyyətə işarə edən sözlər keçir.
(A9 TV; 17 yanvar 2017)
Dəccaliyyət elə bir oyun oynayır ki, müsəlman ölkələr müsəlman öldürmək üçün dəccaliyyətə pul verib silah alır, müsəlmanlar şəhid edilirlər.
(A9 TV; 16 yanvar 2017)





