İran dini lideri Ayətullah Xamaneyinin İngilis dərin dövlətinə dair son açıqlamaları çox yaxşı olub. Allah işlərimizi vəsilə edir.
(A9 TV; 18 yanvar 2017)
Bütün güc, qüvvə Allaha məxsusdur. Müvəffəqiyyət qazanıldıqda bunu nəsib edən Allahdır. Allah duamızı qəbul etdiyi üçün bizə müvəffəqiyyət nəsib edir.
(A9 TV; 18 yanvar 2017)
Obama da, yaxın ətrafı da kommunist meyilli idi. Obamanın törətdiyi təxribatı Trampın düzəltməsini diləyirik. Tramp anti-kommunist, anti-darvinist insandır. Rusiya, Türkiyə, İran, Çin və bütün türk dövlətləri Trampa dəstək olsunlar.
(A9 TV; 18 yanvar 2017)
Darvinizm PKK və bütün kommunist təşkilatların ideologiyası, İngiltərə dərin dövlətinin dini və tarixin ən bərbad xurafatıdır. Biz darvinizmdən bəhs edilməsi qadağan edilsin demirik, cavabı verilsin deyirik. Hər şeyi təsadüf yaratdı deyən darvinizm elmdən kənar xurafat və bütpərəst inancdır. Bu ibtidai bütpərəst inancdan cavabı ilə birlikdə bəhs edilsin.
(A9 TV; 18 yanvar 2017)
İnsanın təkamüllə yaradıldığına dair həm elmi, həm də Quranda tək bir dəlil yoxdur. Bütün paleontoloji kəşflər yaradılışı göstərir.
(A9 TV; 17 yanvar 2017)
Yol, körpü, bənd inşa edilməsi, incəsənət və azadlıq olmadıqda əksik qalır. Bütün küçələrdə incəsənət olmalıdır, qadınlara azadlıq olmalıdır. İncəsənət və Keyfiyyət Nazirliyinin yaradılması çox mühüm məsələdir. Bu, Türkiyənin mövzuya verdiyi əhəmiyyəti göstərər. Bir addım atılsa arxası gələr.
(A9 TV; 17 yanvar 2017)
Peyğəmbərimiz (s.ə.v) “suda, dənizdə bir tac görürəm, bu iblisin tacıdır və şimalda bir adadır” deyir. Bu İngiltərə dərin dövlətinin tərifidir.
(A9 TV; 17 yanvar 2017)
Darvinizm qədim şumerlərdən gələn xurafatlarla dolu bütpərəst dindir, təkamül haqqında məlumatı olmayan bəzi kəslər bunu bilmirlər.
(A9 TV; 17 yanvar 2017)
Lindsey Lohanın İslama yaxınlıq göstərməsi çox gözəldir. Mövhumatçılar ona təzyiq göstərsə bunlara heç fikir verməsin.
(A9 TV; 17 yanvar 2017)
Beyinin içində gözü olmadan görən kimdir? İnsanlar bunu sorğu-sual etməlidir. Elektrik siqnallarını üçölçülü mükəmməl təsvir olaraq görən ruhdur.
(A9 TV; 17 yanvar 2017)





