Gözəl əxlaq çox çətin və qarışıq deyil. Mömin sadəcə səmimi olmalıdır, səmimi vicdanından istifadə etməlidir. Allah gücümüzün çatmayacağı imtahan verməz. Qarışıq və çətin olan, yorucu və sıxıcı olan əxlaqsız olmaqdır. Əxlaqsızlığın verəcəyi yorğunluq dəhşətlidir. Səmimi olmaqda insan heç çətinlik çəkməz.

(A9 TV; 15 yanvar 2017)

Ən mühüm məsələ Allahın sevilməsidir. Allah sevgini çox ləzzətli yaratmışdır, bütün gözəlliklər, cənnətdəki bütün nemətlər sevgi üçün yaradılmışdır.

(A9 TV; 15 yanvar 2017)

Ehtiras Allahın möminlərə xüsusi verdiyi nemətdir, nurdur. Hörmət olmadan sevgi olmaz. Bir qadının qarşısındakı hörmət göstəriləcək xüsusiyyətlərə sahib deyilsə, o insana hörmət bəsləyə bilmədiyi kimi ehtiras da bəsləyə bilməz.

(A9 TV; 14 yanvar 2017)

Təkamül nəzəriyyəsi hal-hazırda tədris planından götürülməyib, təkcə adı dəyişdirilmişdir. Hələ də “təkamül yoxdur, zülal təsadüfən meydana gələ bilməz” deyilə bilmir. 700 milyon fosilin (daşlaşmış qalıntı) olduğu, bu fosillərin təkamül olmadığını göstərdiyi gənclərə deyilə bilmir. Təkamül hər şeyi təsadüflə izah edən xurafatdır. Tək bir zülalın belə təsadüfən əmələ gəlməsi elmi cəhətdən qeyri-mümkündür. Canlıların təsadüf nəticəsində yarandığını söyləmək insan ağlı ilə lağ etməkdir.

(A9 TV; 14 yanvar 2017)

Quranda təkamül yoxdur. Allah hər şeyi “Ol” əmri ilə yaratmışdır. Mərhələ-mərhələ təkamüllə yaradılış yoxdur. Musanın əsası bir anda ilana dönür. İsanın palçıqdan düzəltdiyi quş canlanıb uçur. Bunlar təkamüllə deyil, Allahın ol əmri ilə yaradılır.

(A9 TV; 14 yanvar 2017)

Eqoizm insan vücudunu çürüdər. Eqoist insan məqbul danışa bilməz, məqbul məntiqi yox olar, sevgi gücünü və dərin düşünməyi itirər.

(A9 TV; 14 yanvar 2017)

Əbdülhəmidə isnad edilən Qızıl Sultan, mövhumatçı kimi ifadələri qəbul etmərik. Bunlar həqiqət deyil. Lakin darvinizmin Osmanlıya o dövrdə daxil olduğu doğrudur. Əbdülhəmid dövründə darvinizmin Osmanlıya daxil olması ilə böyük mənəvi çöküş yaşandı. Əsil üzərində dayanmaq gərəkən məsələ budur.

(A9 TV; 14 yanvar 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)