İnsan orqanizmi dünyanın ən təkmilləşmiş kompyuterlərindən üstün quruluşdadır. Hüceyrə dəmiri, misi tanıyar, lazım olanı qəbul edər, insan bu seçimi edə bilməz. İnsan elementləri seçə bilməz, lakin hüceyrə lazımi elementləri qəbul edər və tam lazımi yerdə lazımi miqdarda istifadə edər. Hüceyrə Allahın istəyi ilə çox ağıllı hərəkət edər, atomları ehtiyaclarına görə seçərək, lazımi yerlərdə istifadə edər.

(A9 TV; 17 yanvar 2017)

Darvinizmi israrla qəbul etdirməyə çalışanlar, “hər şey təsadüflər nəticəsində yarandı, dini tərk edin” deyəcəkdilər, lakin buna icazə vermədik, vermərik. Bütün dəlilləri ilə darvinizmin əsassızlığından bəhs etdik. Boşuna çırpınmasınlar, təkamül yoxdur, təkamül nəzəriyyəsi dünyadakı ən çürük nəzəriyyədir.

(A9 TV; 17 yanvar 2017)

Yaradılışı müdafiə etmək “mütərəqqilik”dir. Paleontologiya elmindən istifadə edərək, fosillərin dəyişmədiyini, canlıların təkamül keçirmədiyini sübut edirik. Darvinin dövründə mikroskoplar çox sadə idi. Darvin hüceyrə barədə “su dolu kiçik şar” deyirdi, halbuki hüceyrə şəhər kimi çox mürəkkəb quruluşdadır.

(A9 TV; 17 yanvar 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)