Ölüm yuxudan oyanmaqdır. Həmin andan etibarən təsvir tamamilə fasiləsiz davam edir. Dünya həyatı yuxudur. Ölüm, o yuxudan daha kəskin təsvirə keçiddir. Müsəlman ölüm anından sonra özünü üzəcək, narahat edəcək heç bir şeylə qarşılaşmaz.
(A9 TV; 28 fevral 2018)
Qadınların qorunması çox vacib məsələdir. Hər sahədə qadınlara prioritet verilməsi qanunla təmin edilməlidir. Hər şeydən əvvəl, qız uşaqlarını hər kəsin öz ailəsinin fərdi olaraq görməsini təmin etmək lazımdır. Qız uşağı olan yerdə o uşağa hər ailə öz uşağı kimi sahib çıxmalıdır. Qız uşağı diqqətlə qorunması lazım olan nazənin varlıqdır. Bəzən ailələr uşaqları çox sarsıdırlar, buna tamaşaçı qalmamaq lazımdır.
(A9 TV; 28 fevral 2018)
Ələviliyi həqiqətən tanıyan hər kəs, Ələvilərə heyran olur. Ələvilik yetkinlik və sevgi deməkdir. Mövhumatçılığa qapını bağlayan, Hz. Əliyə, Əhli beytə, Peyğəmbərimizə və hamısının üstündə Allaha eşqlə bağlı insanlardır. Ələvilər sənətçi ruhlu və dəliqanlı insanlardır. Ələvilər əleyhinə danışanları heç kim ciddiyə almasın.
(A9 TV; 28 fevral 2018)
Hər qadın sevginin dərinliyini çox yaxşı ölçəcək və tanıyacaq sistemlə yaradılmışdır. Qadın sevgini görəndə onu millimetrə qədər ölçər, dartar və bilər. Bunu anlamayan heç bir qadın olmaz, amma özünü aldadan olar. Çox zəngin birini ya da vəzifəli birini görəndə sevgini düşünmədən “çox sevirəm” deyə üzərinə atlayan, sevgini yalnız örtük olaraq istifadə edir. Sevdiyi o adam deyil pul olur.
(A9 TV; 28 fevral 2018)
Bəzi insanlar çoxbilmiş olanı gözlərində böyüdürlər. Səfehlik edənə qayğı göstərirlər. Sevgidən bəhs edənlərə isə dəyər vermirlər. Sevgisizliyi əxlaq pozuqluğu olaraq görmək və sevgidən bəhs etməyənlə ünsiyyət qurmamaq lazımdır. Nifrətin qapısının tamamilə bağlanması lazımdır. Orta şərqdə nifrət ciddi problemdir, nifrəti qızışdıran hər şeydən qaçmaq əhəmiyyətlidir.
(A9 TV; 28 fevral 2018)
Ən çətin vəziyyətlər, yoldaşlığın ən yaxşı vurğulandığı zamandır. Xərçəng olan insanın telefon zəngini kimsə açmır. Dünənə qədər birlikdə əyləncə məkanlarına getdiyi halda indi onu tanımamazlıq edirlər. Bu çox böyük əxlaqsızlıqdır. Yoldaşını gözdən çıxarmaq çox böyük zülmdür.
(A9 TV; 28 fevral 2018)
Bir çox insan nifrətdən utanmır. Sevgisizlikdən də incimir. Bir çox internet saytının başlıqları ya öz aləmlərində lağ ya da kin doludur. Bir insanın bu qədər nifrətlə yaşaması mümkün deyil. Sevgi çox gözəl və zövqlüdür. Sevginin gözəlliyinə baxmayaraq sevgiyə müqavimət göstərmək anormallıqdır. Bunlar gözəl bir yerə getdiklərində o gözəlliyin nemətini belə başa düşmürlər, getdikləri hər yerdə çirkin dilləriylə narahatlıq verirlər. Gəmi gəzintisinə çıxır orada kapitanı danlayır, restorana gedir ofisiantı danlayır, mağazaya gedir buz kimi baxışlarla ətrafa baxır. Bunun adı yaşamaq deyil, sürünməkdir. Kin dolu insan ən yaxşı şərtlər daxilində olsa belə yaşamır, sürünür.
(A9 TV; 28 fevral 2018)
İmandan uzaq olanda Allah o insanı sistemli olaraq sıxar. Ağlında sıxılma olur. Xoşbəxtlik anlayışı boğulur, xoşbəxtliyə dair ruhunda güc qalmaz. Hüznün qapısı açılar. Xoşbəxtliyin qapısı bağlanar. Mühakimə və sağlam düşüncə pozular. Qəlbini Allaha bağlayan ağlı açılır, üfüqü geniş olur, Allahın xüsusi qorumasında olur. Allahın xüsusi qorumasında olan insana, bütün dünya bir araya gəlsə heç nə edə bilməz.
(A9 TV; 28 fevral 2018)
Ağıllı qadın təbii olaraq çəkicidir. Ağıllı qadının baxışları da, səsi də çox təsir edicidir. Qurduğu hər cümlə o qadına cazibə qazandırar. Ağıl, qadını çox böyük gücə çevirər. Amma qadınların çoxu duyğusallıq, qorxu, narahatçılıq, lazımsız vəsvəsələrlə ağıllarını təzyiq altına alırlar. Bu da fitrətlərinin gözəlliyini lazımi kimi yaşamalarına mane olur.
(A9 TV; 27 fevral 2018)
Peyğəmbərimiz son dərəcə moderndi. Münafiqlər, onun gətirdiyi yeniliklərə həsəd etdilər. Qadınlara olan sevgisinə və hörmətinə dözə bilmədilər. Peyğəmbərimizin vəfatından sonra öz sevgisiz və nifrət dolu üslublarını hakim qıldılar. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır. Hamısı qadınlara çox dəyər verir, hamısı gözəlliyi sevər. Münafiqlər də, müasirlik və sevgi əleyhinədir.
(A9 TV; 27 fevral 2018)





