Afrində şəhid olan 8 igidimizin şəhadətləri mübarək olsun. Allah ailələrinə xeyirli, uzun ömür nəsib etsin. Nə xoşbəxt onlara. Allah ən gözəl məqamı qədərlərində təqdir etmiş. Qazilərimizə tez şəfalar arzu edirik.

(A9 TV; 1 mart 2018)

Azərbaycan bizim əsl qardaşımızdır. Azərbaycan bizim canımız, ruhumuzdur. Azərbaycan Allahın lütfünə məzhər olmuş ölkə, ziyalısı çox yüksək, müasir Avropa sayağı Türk dövləti. Aydın, dünyəvi, dindar və gözəl Azərbaycan qiyamətə qədər güclü olsun istəyirik.

(A9 TV; 1 mart 2018)

Türkiyənin çox çətin dövrdən keçdiyini bilirik. Axırzamandayıq, fitnələr çox olacaq. Bu coğrafiya Yaxın Şərq, Peyğəmbərlərin çıxdığı yer. Dəccaliyyətlə Mehdiyyətin elmi mübarizəsinin yaşandığı yerdir. Təbii ki, çətinliklər, əziyyətlər, ağrılar olacaqdır. Bu çətinliklərin ardından çox böyük gözəllik meydana gələcəkdir. Peyğəmbərimiz də çətin coğrafiyada yaşadı, oradan İslam günəşi doğdu. Türkiyədən də Allahın izni ilə çox böyük gözəlliklər doğulacaq.

(A9 TV; 1 mart 2018)

Allah hər şeyi xeyirlə yaradır. Keçmişi düşünüb kədərlənmək çox böyük səhv olar. Allah keçmişi xeyirlə yaratmış, bitmiş. İnsan min dəfə dünyaya gəlsə, min dəfə eyni taleyi yaşayır. Cənnətdə insan keçmişinə dair mənfi heç bir şey xatırlamayacaq. Mömin Allahın rizasını məqsəd qoyduqdan sonra keçmişi əhəmiyyətli görməz. Mömin Allaha güvənəcək, könlünü fərah tutacaq.

(A9 TV; 1 mart 2018)

Bu vətən üçün yüz minlərlə şəhid verdik, amma bir qarış torpaq vermədik. Vermərik də. İngilislər 1918-ci ildə də Afrindən Türkiyəyə girmək istəmiş, Qazi Mustafa Kamal isə bölgənin əhəmiyyətini görərək orada bir xətt müəyyənləşdirərək İngilisləri bir addım irəli keçirməmişdir.

(A9 TV; 1 mart 2018)

Dini dolaşıq salınmış mərasimlər, dindarlığı da çox çətin olduğunu izah edirlər. Din səmimiyyətdir. Tam açıqürəkliliklə səmimi olacaq və zamana qarşı da səbirli olacaqsan. Səmimi olanda həyatında birdən birə şimşəklər çaxaraq hər şey dəyişməz. Amma zaman içində həmişə müsbət nailiyyətlər olduğunu görərsən.

(A9 TV; 28 fevral 2018)

Yeni incəsənət adamları çıxmamasını milli fəlakət olaraq görmək lazım. Həmişə yeni sənətçilər yetişməsi lazımdır. Sənət adam sayının bir an əvvəl ən yüksək həddə çıxması vacibdir. Çox keyfiyyətli, həddindən artıq incəsənət adamı olarsa dəccaliyyətin oyununu pozmuş olarıq. Rəssamlıqda, musiqidə, arxitekturada, hər sahədə incəsənət adam sayısı artmalıdır.

(A9 TV; 28 fevral 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)