Gözəl bir imtahanla imtahan oluruq. Hədislərin işarələrinə görə daha böyük hadisələr də olacaq, lakin nəticə həmişə xeyirli olacaq inşaAllah.
(A9 TV; 27 yanvar 2017)
Peyğəmbərimiz (s.ə.v) hədislərində Mehdidən bütün təfərrüatları ilə bəhs edərək mehdiyyətə dəstək olmuş və kömək etmişdir. Hədislərdə bildirildiyinə görə, Mehdiyə tələbələri zər aləmində, hələ dünya yaradılmadan, tabe olublar.
(A9 TV; 27 yanvar 2017)
Allah insanı dünyanı yaratmadan əvvəl yaratmışdır. İnsanın təkamüllə mərhələ-mərhələ yaranması deyə bir şey yoxdur. (Maidə surəsi, 7: Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik” dediyiniz zaman sizinlə bağladığı əhdini xatırlayın. Allahdan qorxub çəkinin. Həqiqətən, Allah kökslərdə olanları biləndir.)
(A9 TV; 27 yanvar 2017)
Allahın ağlı fövqəladə dərəcədə heyranlıq oyandıracaq sonsuz ağıldır. Allahın kölgəni yaratması təkbaşına möhtəşəm sənətdir.
(A9 TV; 27 yanvar 2017)
Dünyada çətinlik var. Çünki eşq və sevgi çətinlik içində yaranır. Eşq və sevgi olmadıqda isə heç nəyin mənası olmur. Dərin sevginin və dərin ehtirasın olması üçün acılar, çətinliklər və əziyyət olmalıdır. İnsan başqa cür dərinlik qazana bilmir.
(A9 TV; 27 yanvar 2017)
Dünyada imtahan üçün verilən müddət insanın vicdanını, şəxsiyyətini təkmilləşdirməsi və göstərməsi üçün çox yetərlidir.
(A9 TV; 27 yanvar 2017)
Dünya cənnət ilə cəhənnəm arasında bir yerdir. Allah möminləri cənnət əlamətlərinin üstün olduğu bir dünyada yaşadır, bu çox böyük nemətdir.
(A9 TV; 27 yanvar 2017)
Nasistlərin törətdiyi soyqırım darvinist düşüncənin nəticəsi olan çox böyük vicdansızlıqdır.
(A9 TV; 27 yanvar 2017)
Quranın hökmü axirətə qədər keçərlidir. Quranın sevgi, şəfqət hökmlərinin ləğv olunduğunu iddia edənlər böyük zülm etmiş olurlar. Bəzi mövhumatçılar Quranda sevgi, şəfqət hökmlərinin ləğv edildiyini söyləyərək musəvilərə və xristianlara şəfqətlə yaxınlaşmağı qadağan edirlər. Quranın heç bir ayəsi ləğv edilməmişdir. Allah Kitab əhlinə şəfqətlə, mərhəmətlə yaxınlaşmağı əmr etmişdir.
(A9 TV; 27 yanvar 2017)
Homoseksuallıq Allahın haram etdiyi iyrənclikdir. İnsanların inancının tələbi olaraq iyrəndiyi bir şeyi zorla qəbul etdirmək çox böyük zülmdür. Bu səbəbdən, kilsələrdə rahiblərə təzyiq göstərərək homoseksualları evləndirin demək, rahiblərin inancına zidd olan bir şeyi zorla qəbul etdirmək qəddarlıqdır. Homoseksuallığa qarşı olanları cəzalandırmaq zülmdür. Bir insanı inancına zidd bir şeyə sürükləmək ən təməl insan hüquqlarına ziddir.
(A9 TV; 27 yanvar 2017)





