Təkamülçülərin çırpınması bizim təkamülün əsassızlığını daha əhatəli izah etməyimizə vəsilə olur. Hər çırpınışları fayda gətirir. Biz təkamülün olmadığını milyonlarla elmi dəlillə göstəririk. Təkamülü müdafiə edənlər tək bir dəlil belə təqdim edə bilmir və sadəcə demaqoqluq edirlər.
(A9 TV; 29 yanvar 2017)
Quranda təkamül vardır yanlışlığını müdafiə edənlər cənnətin, mələklərin, cinlərin, cənnət köşklərinin, bitkilərinin necə yaradıldığını izah edə bilmir. Quranda təkamül yoxdur. Elm də təkamülün olmadığını sübut etmişdir. Mərhələ-mərhələ inkişaf, əmələ gəlmə deyə bir şey yoxdur.
(A9 TV; 29 yanvar 2017)
Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyinə görə Allah Mehdiyə bütün peyğəmbərlərə verdiklərini verəcək və Mehdi dünyanı başqa dünyaya çevirəcək.
(A9 TV; 28 yanvar 2017)
Bəzi müsəlmanların həm Qərbin mədəniyyətinə şiddətlə qarşı olması, həm də Qərbdə yaşamaq üçün can atması çox böyük ziddiyyətdir. Musiqiyə, incəsənətə, rəsmə, heykələ, Qərbdə olan bütün mədəniyyətə qarşı olduqlarını söyləyənlər təhsil almaları üçün övladlarını həmişə Qərbə göndərirlər. Əgər Qərbə yönəltdikləri tənqidlərində səmimi olsalar, Qərbdə yaşamaq üçün belə can atmazdılar. Bu kəslər şüur altlarında mədəniyyətin gözəlliyini bilirlər.
(A9 TV; 28 yanvar 2017)
Cənnətdə insanlar təkamüllə yaradılmır. Dünyaya gəlmədən əvvəl də insanlar Qalu Bəlada vardı. Sonradan təkamüllə yaranmadılar.
(A9 TV; 28 yanvar 2017)
Quranda təkamül yoxdur. Allah kainat yaradılmadan əvvəl bütün insanları yaratdığını və onlardan əhd aldığını bildirmişdir.
(A9 TV; 28 yanvar 2017)
İngiltərə dərin dövlətinin oyunlarını sənədləri ilə ifşa etməyimiz dəccaliyyətin çöküşünün başlanğıcı oldu.
(A9 TV; 28 yanvar 2017)
Quranda hökmü ləğv edilən ayə yoxdur. Quranın bütün ayələri qiyamətə qədər keçərlidir. Quranın bəzi hökmlərinin ləğv edildiyini iddia edənlər axirətdə bu çirkin cəsarətlərinin qarşılığını tam alacaqlar. (Bəqərə surəsi, 85: Sonra (yenə) siz, bir-birinizi öldürür, bir qisminizi öz yurdundan çıxardır, günah və düşmənçiliklə əleyhlərində ittifaq edir və sizə əsir kimi gəldikləri vaxt, onlarla fidyələşirdiniz. Halbuki onları çıxartmağınız sizə haram edilmişdi. Yoxsa siz, kitabın bir hissəsinə inanıb da, bir hissəsini inkar mı edirsiniz? Artıq sizdən belə edənlərin dünya həyatındakı cəzası rüsvay olmaqdır, qiyamət günündə isə ən şiddətli əzaba düçar ediləcəklər. Allah nə etdiklərinizdən xəbərsiz deyil.)
(A9 TV; 28 yanvar 2017)
Hər gün sevgini xatırlatmağımız, şeytanın hər gün etdiyi düşmənçilik hərəkətinə qarşı ən gözəl cavabdır.
(A9 TV; 28 yanvar 2017)
Qadınların əzildiyi hər cəmiyyət dağılar. Qadınlar azad olmalıdır. Hər cür azadlığı təkcə kişilərin haqqı kimi görmək vicdani deyil. Qadınların qiymətini bilməmək insanlar üçün fəlakətdir. Qadının necə gözəl nemət olduğunu görə bilməmək o insan üçün bəladır.
(A9 TV; 28 yanvar 2017)





