Dəccaliyyətə qarşı heç bir dövlət təkbaşına müvəffəqiyyət qazana bilməz. Dəccaliyyətin qəti məğlubiyyəti mehdiyyət və İsa Məsih vasitəsilə olar. Dəccaliyyətin gücü mehdiyyət və İsa Məsihə qətiyyən çata bilməz. Bu metafizik vəziyyətdir. Mehdiyyət qarşısında mütləq məğlub olacaq.

(A9 TV; 26 yanvar 2017)

İsa Məsihi inşaAllah hamımız birlikdə görəcəyik. Bu nəsil Peyğəmbər görməklə şərəflənəcək. Əsil elmi mübarizəni Mehdi aparacaq. Xristianların İslama tam qayıdışı isə İsa Məsih vasitəsilə olacaq. İsa Məsihi görən kimi üzündəki heybətindən insanlar dərhal bir Peyğəmbər gördüklərini anlayarlar. Peyğəmbər heybəti çox həyəcan vericidir. Peyğəmbərlərin heybəti insanlarda çox təsiredici hal yaratdığı üçün peyğəmbərlər çox zarafat edər, insanlardakı həyəcanı yox edərdilər.

(A9 TV; 26 yanvar 2017)

Mutasiyalar 99% zərərli, 1% təsirsizdir. 1% təsirsiz olanların da uzunmüddətli prosesdə mütləq zərərli təsirlərinin meydana çıxdığı elmi cəhətdən açıqlanmışdır.

(A9 TV; 26 yanvar 2017)

Federasiya təxminən 200 il əvvəl İngiltərə dərin dövlətinin planı idi. İstanbulu, İzmiri ayırıb türkləri Mərkəzi Anadoluya həbs etmək istəyirdilər. İngiltərənin arxivlərində mövcud olan xəritə 1920-ci illərdə İstanbulu ayrı bir dövlət kimi göstərir. Məqsədləri torpaqlarımızı parça-parça etmək idi.

(A9 TV; 26 yanvar 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)