Peyğəmbərimiz (s.ə.v), Mehdi dövründə qadınların mümkün olduğu qədər azad olacağını bildirmişdir.
(A9 TV; 28 yanvar 2017)
Mövhumatçıların incəsənətdən, keyfiyyətdən, əyləncədən, gözəllikdən uzaq yaşamaları, fərqində olmasalar da müsəlmanların əzilməsinə səbəb olur.
(A9 TV; 28 yanvar 2017)
İslamı içinə qapalı, ölü, əzab dolu sistem kimi göstərdikləri üçün insanlar İslamdan qaçır. Dəccaliyyətin bu oyununu biz pozduq. Sevgi, əyləncə, gözəllik, dostluq ən gözəl halı ilə İslamda yaşanar.
(A9 TV; 28 yanvar 2017)
Tövratda bəhs edilən hakimiyyət, Mehdi (Moşiyah) dövründə İslam əxlaqının bütün dünyaya hakim olmasıdır.
(A9 TV; 28 yanvar 2017)
Anadolunu tanıdan tədbirlərdə xalqı pis göstərəcək bir üslub işlədilməsi çox çirkin olar. Anadolu insanına layiq olduğu hörmət göstərilməlidir. Cəmiyyəti adi, bəsit, keyfiyyətsiz əyləncələrə təşviq etmək doğru deyil. Xalq həmişə keyfiyyətli, gözəl şeylərə təşviq edilməlidir.
(A9 TV; 28 yanvar 2017)
Bəzi insanlarda dindar olduqdan sonra passivləşməsi, həyat sevincini itirməsi, aktiv olmamasının lazım olduğu kimi yanlış qənaət var. Halbuki tam əksinin olması lazımdır. Din insana həyat və canlılıq bəxş edər. Birdirsə min canlı olar, birdirsə min həyat dolu olar insan.
(A9 TV; 28 yanvar 2017)
Bir insan dini yaşamağa başlamadan əvvəl bir çox səhv etmiş ola bilər. Ömrü boyu bu səhvlərin əzabını çəkmək Qurana görə doğru deyil. Müsəlman dini öyrəndikdən sonra əvvəl bilmədən etdikləri üçün tövbə edər və o mövzular bitər. Həmişə onun utancını yaşamaz.
(A9 TV; 28 yanvar 2017)
Dindar olmadan əvvəl insanın beyni çox bulanıq olur, dinin hökmlərini də bulanıq olaraq bilir. Ağlında şüur və itilik tam yaranmır. Dini tam öyrənmədən əvvəl insanlarda Allah sevgisi və qorxusu olur, lakin dini çox geridə tuturlar. Dünya daha əsas olur. Buna görə də təbliğ edənlərə çox böyük məsuliyyət düşür. İnsanları sıxmadan, usandırmadan şüurlarını açmaq üçün cəhd etmək lazımdır.
(A9 TV; 28 yanvar 2017)
Suriyada tezliklə normala dönmək, Suriyanın ərazi bütövlüyünü qorumaq və seçkilərin aparılmasını təmin etmək əhəmiyyətlidir.
(A9 TV; 28 yanvar 2017)
Təkamülü müdafiə edənlərin çoxu nəzəriyyə haqqında heç nə bilmir. Nə fosilləri, nə də zülalların necə əmələ gəldiyini bilmirlər, bilmədən nəzəriyyəni müdafiə edirlər.
(A9 TV; 28 yanvar 2017)





