Ağlı yalnız səmimiyyət inkişaf etdirər. Şeytan çox bilgilidir amma ağılsızdır. Ağıl, Allaha bağlıdır. Səmimi olanda ağıl həmişə mükəmməl olar. Ağıl, Allahdan davamlı axan sistemdir. Səmimi olanda bu axış heç vaxt kəsilməz.
(A9 TV; 3 mart 2018)
Həyat əslində çox asan yaradılmışdır. İnsanlar çətinləşdirir. Allah, nə edəcəyini hər an vicdanına ilham edir. Bu ilhama həmişə əməl edəcəksən. O zaman düz yolda olarsan. Allahın ilhamına hər zaman tamam deyəcək, şeytana da hər zaman xeyr deyəcəksən.
(A9 TV; 3 mart 2018)
Möminlər bir-birinin vəlisidir. Mömin kişi və mömin qadın evlilikdə də bir-birini öz canı kimi qoruyacaq, sahib çıxacaq. Mömin kişi, Allahın ruhunu daşıyan varlığın yanında olduğunu biləcək və Allaha şükür edəcək.
(A9 TV; 3 mart 2018)
Allah pis olanı, verəcəyi qarşılıq ilə birlikdə yaradar. Pislik və Allahın verəcəyi qarşılıq birlikdə yaradılmışdır. Allah pislikdən mütləq intiqam alar. Pislik edib də qarşılığı olmayan heç bir hadisə yoxdur.
(A9 TV; 3 mart 2018)
Qurana görə səbir etmək istiqrardır. Gözəl əxlaqda istiqrarlı olmaqdır səbir. Yaxşı niyyətli olmaq, dürüst danışmaq, səmimi olmaq mövzusunda enişli-yoxuşlu olmamaq, əlavə etmək amma azaltmamaqdır.
(A9 TV; 3 mart 2018)
İman sonsuz sevgidir. İmanı var amma sevgisi yoxdur, belə şey olmaz. Allaha sonsuz sevginin adıdır iman.
(A9 TV; 3 mart 2018)
Keyfiyyətli və estetik olmayan bir şeyə imkan verməyən sistem yaradılmalıdır. Keyfiyyət, İncəsənət və Estetika Nazirliyi mümkün qədər tez qurularsa çox faydalı olardı. Keyfiyyətsiz, sənət dəyəri olmayan, tarixi izləri pozan heç bir şeyə icazə verilməməsi lazımdır. Belə bir nəzarət etmə olarsa keyfiyyətsizliyə maneə törədilməsi baxımından çox yaxşı olar.
(A9 TV; 3 mart 2018)
Münafiqin 40 yaşıyla möminin 60 yaşı müqayisə edəndə, möminin 40 yaşı daha çox gəncdir. Münafiq çürümüş kartof kimidir. Münafiqin ömrü qısa olur, möminin ömrü uzun olur.
(A9 TV; 3 mart 2018)
“Tamam Allah var, mən də burada öz işimi edirəm” olmaz. Hər şeyi Allah ilə birlikdə edəcəksən. Əks halda boğularsan. Özünə zəhərli ləyən hazırlamış onun içində yuyunmağa çalışırsan kimi olarsan. “Allah ilə əlaqədəyəm amma öz gücümə güvənirəm, mənim ağlım var” demək olmaz. Özünün bir şey edəcəyinə inanmaq şirkdir. “Bir Allah var, bir də mənim ağlım var” demək olmaz. İnsan yaxşıca diqqətini açacaq, bir dəfə yığcam dəqiq qərar verəcək, hər şeyi Allah ilə həll edəcək. Allah buraxılmaz, Allahdan şübhə edilməz, Allah unudulmaz. Allahı unutmaqdan və Allaha güvənməməkdən qurtulmazsan əgər faciənin içinə düşərsən.
(A9 TV; 3 mart 2018)
Səmimiyyətsizlik dəhşətlidir, çünki səmimiyyətsiz insanın Allah ilə bağı qopar. İnsan Allah ilə əlaqəsini qopardığında eqoistləşməyə və vəhşiləşməyə başlayar. Allah ilə bağı qopan tarazlığını itirər, qəribə məxluqa çevrilər. Kişi olsun qadın olsun mütləq səmimiyyət əsas şərtdir.
(A9 TV; 3 mart 2018)





