Bir çox insan üzərinə gələn təzyiqə və islamofobiyaya qarşı bizim gördüyümüz elmi işlərin və müasir İslam anlayışımızın sədd olduğunu anlamır. İnsanlara camaatına, özünə belə düşmən, baxımsız, zövqsüz müsəlman modelini aradan qaldırıb Quranın nur kimi İslam anlayışını göstərdik.

(A9 TV; 25 fevral 2017)

Gənclərə din adı altında içinə qapalı, sevgisiz model təqdim etmişdilər. Biz həm gəncliklərini, həm də həyatın gözəlliklərini yaşayacaqları Quran dinini göstərdik. Sevgisiz, incəsənət olmadan, qəmgin hallarıyla İslamı məhv etmək üzrə idilər. Keyfiyyətin, sevincin, müasirliyin dinlə iç-içə olduğunu göstərib bu oyunu pozduq.

(A9 TV; 25 fevral 2017)

Qadınları potensial günahkar, nə edərsə təhlükəli olan, baxımsız, diqqətsiz varlıqlar halına gətirməyə çalışırlar. Qadınları bu qədər təzyiq altına salmaq, qadın gözəlliyini aradan qaldırmağa çalışmaq bir müddət sonra homoseksuallığın yayılmasına səbəb olur. Qadını bəyənmək, qadın gözəlliyindən xoşlanmaq anormal deyil. Bu, fitrətə uyğun olandır. Fitrəti pozduqda azğınlıq yayılır. Allahın haram etdiyi qeyri-qanuni cinsi əlaqədir. Qadının gözəl, baxımlı və cazibəli olması deyil.

(A9 TV; 25 fevral 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)