Hər insan əvvəlcə zər aləmində yaradılmış, oradan dünyaya gəlmişdir. Ana-ata sadəcə vəsilədir. Zər aləmi hələ kainat yaradılmadan bütün insanların yaradılmış olduğunun və təkamülün mərhələ-mərhələ yaradılış olmadığının dəlilidir.
(A9 TV; 26 fevral 2017)
Hz. Adəm bütün insanlarla birlikdə kainatın yaradılmasından əvvəl zər aləmində yaradılmış sonra cənnətdə var edilmiş, sonra dünyaya göndərilmişdir.
(A9 TV; 26 fevral 2017)
Türkiyənin 99%-də müasir, ziyalı müsəlman dünyagörüşünün hakim olmasına biz vəsilə olduq. Mövhumatçı sistemin yaşanılmaz olduğunu hər kəs gördü.
(A9 TV; 26 fevral 2017)
Atatürkçülük millətimizin ziyalı ruhunun adıdır. Atatürk bu millətin özündə olan dəyərləri ortaya qoymuşdur.
(A9 TV; 26 fevral 2017)
Qadınların baxımlı, gözəl, azad olmadığı hər yerə fəlakət gələr. Allah bəndələrinin azad buraxılmadığı ölkələrə bərəkət verməz.
(A9 TV; 26 fevral 2017)
Ehtirası, sevgini, sədaqəti Allah yaradar. Sən Allahı haşa sevməsən, Allah sənin üçün, səni sevənləri yaratmaz. Sən Allahı unutsan Allah səni unudar.
(A9 TV; 26 fevral 2017)
Qurana tabe olduqda sevginin qarşısında heç bir maneə qalmaz. Quran insanlara Allah sevgisini və Allah üçün bütün varlıqları sevməyi öyrədər.
(A9 TV; 26 fevral 2017)
Bərzaniyə “xoş gəldin, səfa gətirdin” deyirik. O alicənab, dindar insandır. Haqqında işlədilən çirkin üslubu qınayırıq.
(A9 TV; 26 fevral 2017)
Türkiyədə cəmiyyəti Suriya, İraq kimi keyfiyyətdən, əyləncədən, incəsənətdən uzaq bir quruluşa çəkmək istəyənlər var. Bunlar təkcə canlı qalmağı əsas götürür, bir növ orqanizm kimi yaşamaq istəyirlər. Allahın bizdən istədiyi həyat bu deyil. Sevgi, coşğu, gözəllik, keyfiyyət, sevinc əsas şərtdir.
(A9 TV; 26 fevral 2017)
Mən gözəlliyə Allah sevgisi ilə aşiq insanam. Gözəllik ruhu açar, qəlbi açar. Mənim ruhumun qidası gözəllikdir. Cənnətin təməl xüsusiyyəti gözəllikdir.
(A9 TV; 26 fevral 2017)





