Müsəlman qulaqdan dolma məlumatla tənqid edilməz. Ayə ilə, Quranla danışıb; “bu ayəyə görə səhv edirsən” deyə tənqid etmək lazımdır.
(A9 TV; 25 fevral 2017)
Münafiq çox lovğa, lakin eyni zamanda çox cahildir. Cahilliyini uca səslə bağıraraq gizlətməyə çalışar.
(A9 TV; 25 fevral 2017)
Münafiqlərin iyrənc və azğın olanları olduğu kimi, səssiz və sakit, dərindən fəaliyyət göstərənləri də vardır. Münafiqlərə qarşı diqqətli olmaq lazımdır.
(A9 TV; 25 fevral 2017)
Münafiq böhtana da əl atar. Özü əxlaqsız yaşayar, lakin mömin qadınların əxlaqı, həyatı barədə böhtanlar ortaya atar.
(A9 TV; 25 fevral 2017)
Münafiqin çirkin üsullarından biri də, özü İslamı yaşamaz, lakin müsəlmanlara həmişə ağıl verər, özünü çox üstün görər.
(A9 TV; 25 fevral 2017)
Küfr əhlinə qarşı səssiz və sakit olan münafiq müsəlmanlara qarşı çox təcavüzkar və kinlidir. Sözləri çox çirkindir, azğındır. Münafiq küfr əhlinə qarşı hörmətcil və qayğıkeşdir. Küfr əhlini qəzəbləndirməməyə diqqət göstərər. Müsəlmanlara qarşı isə təcavüzkar və murdardır.
(A9 TV; 25 fevral 2017)
Münafiq bir növ sualtı qayıq kimidir. Müsəlmanların içində suyun altından gedər, görülməz. Münafiqlər müsəlmanlara qarşı kin doludurlar.
(A9 TV; 25 fevral 2017)
Keyfiyyətli münafiq dərin dövlətlə əlaqəlidir və buna görə də, küfr əhlinin müsəlmanlara qarşı ən mühüm silahlarından biridir.
(A9 TV; 25 fevral 2017)
Hacı Mestan hocaəfəndiyə Allahdan rəhmət diləyirik, inşaAllah məqamı cənnət olmuşdur, Şeyx Nazım sultanımıza qovuşmuşdur.
(A9 TV; 25 fevral 2017)
Münafiq çoxbilmiş, ədabaz və özündənrazıdır. Təkcə öz ağlını bəyənər, müsəlmanlara qarşı isə ədabazdır.
(A9 TV; 25 fevral 2017)





