Münafiqi soruşsan qatı dindar olduğunu söyləyər, hətta müsəlmanlardan daha diqqətcil olduğunu iddia edər, lakin əslində müsəlmanlardan nifrət edər.
(A9 TV; 25 fevral 2017)
Türkiyə ilə İranı vuruşdurmaq teatrının əsil memarı İngiltərə dərin dövlətidir, qətiyyən heç kim bu oyuna düşməsin.
(A9 TV; 24 fevral 2017)
Müsəlman İranın bizim qonşumuz olması gözəl nemətdir. İngiltərə dərin dövlətinin oyununa düşüb iki ölkənin dostluğunu pozmarıq.
(A9 TV; 24 fevral 2017)
Şiə və sünni qardaşdır. İran və Türkiyə fitnə törətmək istəyənlərə qarşı dərhal birləşib qardaşcasına qucaqlaşmalıdır.
(A9 TV; 24 fevral 2017)
İngilis şiəliyi adlı cərəyan, məzhəb qarşıdurması yaratmaq istəyir. İrandakı bir qrup insanın səhvi İran ilə dostluğumuzu zədələməz.
(A9 TV; 24 fevral 2017)
İran ilə Türkiyə iki dost ölkədir. Bu dostluğa zərər gəlməsini İngiltərə dərin dövləti həyəcanla gözləyir, onları sevindirəcək bir şey etməyək.
(A9 TV; 24 fevral 2017)
Ənənəpərəst və mövhumatçı İslamın təməlində mütəşabih ayələri ağlagəlməz şəkildə şərh etmək vardır. Hökm, möhkəm ayələrdə yer alır.
(A9 TV; 24 fevral 2017)
Mövhumatçılar eyhama əsaslanaraq İslamdan ayrı, tamam ayrı bir din yaratdılar. Müsəlmanların əlindən incəsənəti, elmi, gözəlliyi aldılar. (Ali İmran surəsi, 7: Kitabı sənə nazil edən Odur. Onda, Kitabın anası (təməli) olan bəzi ayələr möhkəmdir; digərləri isə mütəşabihdir. Qəlblərində əyrilik olanlar, fitnə törətmək və istədikləri kimi şərh etmək üçün ondakı mütəşabih ayələrə tabe olarlar. Halbuki onun şərhini təkcə Allah bilər. Elmdə qüvvətli olanlar isə: “Biz ona iman gətirdik, hamısı Rəbbimizin dərgahındandır” deyərlər. Təmiz ağıl sahiblərindən başqası öyüd alıb düşünməz.)
(A9 TV; 24 fevral 2017)
İşarə ilə dindən hökm çıxarılmaz. O zaman o din İslam olmaz. Allah möhkəm ayələrlə haram və halalları bildirmişdir.
(A9 TV; 24 fevral 2017)
Musiqinin haram olduğuna dair Quran ayəsi yoxdur. Mövhumatçılar eyham ilə hökm çıxarmaq istəyərlər, halbuki Quran çox açıqdır. Möhkəm ayələr aydındır.
(A9 TV; 24 fevral 2017)





