Allah sevgisinin dərinləşməsinin yolu, Allahın böyüklüyünü və gücünü sözlə deyil feili dəlillərlə qavrayıb beynimizin inanmasıdır. Mömin Allahın böyüklüyünü qavrayaraq Allahı həm sevər, həm güvənər, həm də bağlanar. Başqa cür təvəkkül etmək üçün çalışırlar. Allahın gücünü anladığında isə təvəkkül etməmək mövzusu olmaz. Bu əsrdə Allahın böyüklüyünü anlamaq üçün çox-çox dəlil görürük. Atomlar, molekullar, bunların detalları, hamısı üzərindəki Allahın ağlı, Allahın gücünü və böyüklüyünü anlamaq üçün çox əhəmiyyətli məlumatlardır.

(A9 TV; 9 mart 2018)

Tayyib hocamın Qurana dönülməsi mövzusundakı çıxışları Qurana da, Peyğəmbərimizin sünnəsinə də uyğun. Tayyib hocam, yalnız Allahdan qorxan dürüst insan. Dedikləri haqda səmimiyyətsiz şərh yazanlar mənə gəlsinlər. Tayyib hocam harada miskin varsa Xızır kimi yetişir. İslam aləminin hər yerinə sahib çıxmaq üçün səmimiyyətlə səy göstərir. Ona söz deyənlərin isə heç bir dənə belə xidməti yoxdur.

(A9 TV; 9 mart 2018)

Qadınların qiymətini heç bilmirlər. Əllərində almaz var, o əlindəkini şüşə zənn edir. Allahın ona necə nemət verdiyindən xəbərləri belə olmur. Qadının gözü cənnət qapısı kimidir, alır insanı aparır. Amma insan qadını ət-sümük olaraq görür, sonra da alçaltmaq istəyir.

(A9 TV; 8 mart 2018)

Allah şəhidlərimizin şəhadətlərini qəbul etsin. Dəccalın hücumları möminləri həmişə cənnətə, şəhidlər aləminə aparar. Dəccal tərəfdarları hər hücumlarında öz cəhənnəmlərini, möminlərin də cənnətini hazırlamış olurlar.

(A9 TV; 8 mart 2018)

İnsanların bir qismi “Allah böyükdür” deyərlər amma mənasını düşünməzlər. Bir işi düzəlir “Allah böyükdür” deyər amma Allahın böyüklüyü haqqında düşünməz. Məsələn insan atomun quruluşunu düşünsə Allahın böyüklüyünü anlaması üçün bir yol olar. Allahın böyüklüyünü anladıqdan sonra da, Allahı heç buraxmamaq və Allaha tam təvəkkül etmək lazımdır. Təvəkkül isə Allahın tale qanununu tam bilməkdir. Təvəkkül deyəndə yaşlı bir əmi olar başına nə gəlirsə boynu bükülmüş durar zənn edənlər olur. Belə deyil. Təvəkkül Allahın tale qanunu düşünmək və tam yaşamaqdır. Tale də, Allahın sonsuz ağılının mükəmməl təzahürüdür.

(A9 TV; 7 mart 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)