Münafiqlər özlərini dindar kimi göstərməyə çalışarlar amma həm din ilə, həm Mehdiyyət ilə, həm İsa Məsih ilə, həm də, haşa, Allah ilə istehza edərlər. Həm hədislərdə, həm ayələrdə bu çirkin əxlaqsızlıqlarına diqqət çəkilmişdir. (Tövbə surəsi, 65) Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: “BİZ SADƏCƏ BOŞ-BOŞ DANIŞIB ZARAFATLAŞIRDIQ!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? (Bəqərə surəsi, 14-15) Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” – deyirlər, ÖZ ŞEYTANLARI İLƏ TƏKLİKDƏ QALDIQDA İSƏ: “BİZ SİZİNLƏYİK. BİZ MÖMİNLƏRƏ ANCAQ İSTEHZA EDİRİK!” – deyirlər. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.
(A9 TV; 5 mart 2018)
Allah qorxusu, Allahın sevgisini itirməkdən qorxmaqdır. Allah qorxusu, insanı pərişan edən, xoşbəxtliyini pozan, istiqrazsız edən duyğu deyil. Allah qorxusu insanın sevgi gücünü, keyfiyyətini qat-qat artıran, beynini, ağlını təmizləyən, onu intizama salan, əzmini möhkəmləndirən gözəllikdir.
(A9 TV; 4 mart 2018)
İnsanın özünə hörməti yoxdursa, sevmə qabiliyyəti və sevmə gücü olmaz. Əvvəl özünün sevmə qabiliyyəti qazanması lazımdır. Bunun olması üçün də Allahın böyüklüyünü qavraması, Allahı çox sevməsi və Allahdan çox qorxması lazımdır. O zaman sevgiyə aç hala gəlir və sevmə qabiliyyəti meydana gələr.
(A9 TV; 4 mart 2018)
İnsan gözəl əxlaqlı olanda rahat yaşayar. Əxlaqsızlıq sevgi düşmənidir, sevgini boğan zülm sistemidir. Bir insan nə qədər gözəl olursa olsun əgər vicdansızdırsa sevgi faciəvi şəkildə boğulur. Həm özünü batırır həm özünə sevgi duyulmasını ortadan qaldırar.
(A9 TV; 4 mart 2018)
Müsəlmanın ən geniş kütləyə təbliğ etməsi fərzdir. Allah üçün ən geniş imkanlara sahib olmaq istəməsi fərzdir. Peyğəmbərimiz bütün dünyaya təbliğ edirdi, İstanbula təbliğ üçün səhabəni göndərirdi. Müsəlman malı yığmaz, qazanıb Allah yolunda xərcləyər.
(A9 TV; 4 mart 2018)
Dünyanı sanki teatr salonuna çevirib saxta sevgi oyunu oynayırlar. İnsanların həqiqi sevgini bilməməsi dəhşət vericidir. İnsan oğlu əslində əvvəldən bu bəlanın içinə girib. Səmimi olsa əgər gözəl sevəcək və gözəl seviləcək. Oyun oynamağa nə ehtiyac var, anlamaq mümkün deyil. Səmimi sevmək varkən, oyun oynamağı seçmək çox yanlışdır. Normalda insan çox seviləcək varlıqdır. İnsanlar özlərini sərbəst buraxsaydılar sevgini çox gözəl yaşayarlar amma əxlaqsızlıq, zalımlıq olanda sevgi boğulur. Nə gözəl Allah bizə bu cür böyük gözəlliyi yəni sevgini tək hədəf halına gətirmiş. Sevmək təlqinlə çox asan əldə edilə bilər, lakin dəccaliyyət sevgisizlik mövzusunda çox israrlı təbliğat edir. Milyonlarla qəzet, televiziya kanalı və s. saxta sevgini, səmimiyyətsizliyi öyrədir. İnsanlar sevgiyə aç amma axtardıqları sevgini tapa bilmirlər. Sevgi üçün ağıl və Allah ilə əlaqə əsas şərtdir. Allah ilə əlaqə yoxsa heç bir şeyi sevə bilməz.
(A9 TV; 4 mart 2018)
Küçəyə çıxdığınız zaman, evə gəldiyiniz zaman, hamamda, yemək yeyərkən, hər yerdə dua edilər. Uzun və ya qısa, səmimi olaraq həmişə dua edəcək mömin.
(A9 TV; 4 mart 2018)
Evlilik ibadət kimidir. Iki mömin bir-birinə Allahın əxlaqını göstərəcək. Kişi qadına, qadın kişiyə sevgi, hörmət, gözəllik, hörmət göstərəcək. Amma ənənəçi sistemdə qadın kişinin köləsi kimi görülür. Niyə? Çünki kişi sənə baxır, sən də ona xidmət edəcəksən deyir. Çox böyük vicdansızlıqdır bu. Sən də nəticədə Allahın verdiyi ruzini verirsən. Ruzinin sahibi Allah. Malın mülkün sahibi Allah. Kimsə kimsədən üstün deyil.
(A9 TV; 4 mart 2018)
İlham Əliyev çox qiymətli insandır. Ailə quruluşu mükəmməl, əxlaqı mükəmməl, tam Quran müsəlmanı, çox gözəl İslam anlayışına sahibdir. Azərbaycana bu qədər gözəl xidmət edən, Azərbaycanı belə gözəl ölkə halına gətirən, sənətlə, estetika ilə, gözəlliklə, elmlə Azərbaycanı möhtəşəm bir yerə daşıyan belə qiymətli lideri yenə prezident olaraq görmək istəyirik. Möhtərəm Əliyev tək namizədimiz və tək seçəcəyimiz insan olacaqdır. Azərbaycanı Türklük aləminin ən gözəl qalası halına gətirən hörmətli İlham Əliyevi bütün Azəri qardaşlarımız dəstəkləsinlər.
(A9 TV; 4 mart 2018)
Allaha qarşı yaxşı olan insan həqiqi yaxşıdır. Kimsə insanları aldatmaq üçün yaxşı davranır ola bilər, bu yaxşılıq deyil. Əsas Allaha qarşı yaxşı olacaq. Bütün sevgisini və eşqini Allaha yönəldəcək, insanları sevərkən də, Allah eşqiylə sevəcək. Yoxsa o sevgi saxta olar. Allaha olan sevgisi ilə yaxşı olacaq, dürüst olacaq, doğru olacaq. Yoxsa o yaxşılıq saxta olar.
(A9 TV; 3 mart 2018)





