Mina Başaran və qız yoldaşlarına Allah qəni-qəni rəhmət etsin. İnşaAllah məkanları cənnət olar. Hamısı tərtəmiz, brilyant kimi cavan gənc qızlar. Nifrət dolu kütlənin meydana gəlməsi çox böyük bəladır. Nur kimi gənc qızlar vəfat edir. Allah onlara rəhmət etsin deyib hörmət göstərəcəklərinə ağla sığmaz çirkin ifadələr işlədirlər. Aslan kimi gənc qızlara belə çirkin ifadələr istifadə edə bilmək üçün insanın vicdanının tamamilə iflas etmiş olması lazımdır. Bu qədər kobud, bu qədər qatı, bu qədər mərhəmətsiz olmanın heç bir mənası yoxdur. Bu nifrət və kin dolu ruh milli bəladır. Cəmiyyətdə sevgini bilən insan sayı çox azdır. Hər kəsə, hər şeyə qarşı aqressiv üsluba inkişaf meyli var. Bunu mili fəlakət olaraq görüb sevgini, mərhəməti öyrədən, məqbul və anlayışlı olmanın əhəmiyyətini izah edən yayımlar olmalı. Pis danışanların təqdir edildiyi mühit təməldən qadağan edilməlidir.
(A9 TV; 12 mart 2018)
Allah sevgisini və Allah qorxusunu bilməyən insanın gözəllikləri fərq edə bilməsi, qadınlara dəyər verə bilməsi mümkün deyil. Belə insana sevgini izah etmək, gözü görməyən birinə südü izah etmək kimidir. Tam qavraması mümkün olmaz.
(A9 TV; 11 mart 2018)
Allah nəhəng boyda əncir ağacına balaca iynə ucu qədər toxumu vəsilə edir. Mehdi də dünyanın sülh, sevgi, gözəllik tapması üçün vəsilədir. Allahın izni ilə 3-5 il içində Mehdiyyət çox dəqiqləşmiş olacaq.
(A9 TV; 11 mart 2018)
İnsanların təkəbbürlü olması möcüzədir. Ruhu olmayan insan acizliyini fərq etməz. Yerdə gübrə olsa yenə anlamaz, təkəbbürlənər. Ruhu olmayanları əhəmiyyətli görməmək lazımdır.
(A9 TV; 11 mart 2018)
Səmimiyyət çox fərəhlədici və rahatlaşdırıcıdır. Bəzi din xadimləri televiziyaya çıxanda heç özləri olmayan üslub istifadə edirlər. Ağır başlı bilinsin deyə ağla sığmaz təzyiq edir özünə. Səmimi insan üzündəki hüzurdan və insana verdiyi müsbət elektrikdən dərhal aydın olar. Allah səmimi insanı dərhal qəlbimizə vəhy edər.
(A9 TV; 11 mart 2018)
Bir çox evlilikdə əsas, qarşılıqlı yardımlaşma və həmrəylik dərnəyi kimi, şirkət tərzi quruluş olur. Bir-birlərini maddi cəhətdən dəstəkləmək, qoruyub saxlamaq, iki tərəfin imkanlarını qarşılıqlı yaxşı qiymətləndirmə tərzində və tamamilə məntiqə söykənən olur. Bu məntiqin bir adı da olur, adına sevgi deyirlər. Sevgi deməsələr ayıb olacağı üçün bu örtüyün arxasında yaşanır hər şey. Sanki şirkət həmrəyliyi əsas mövzu olur. Yaxşı şirkət ortağı tapa bilmək üçün də oxuyur, təhsil alır, dil öyrənir, yaxşı işə girməyə çalışır, avtomobil əldə edir və s. Kübar taktikalarla iki tərəf də bir-birinə mal verməməyə çalışır. Həqiqi sevgidə məntiq deyil vicdan əsas ölçüdür. Yalnız Allahın razılığı, rəhməti və cənnətinə görə hərəkət edilər.
(A9 TV; 11 mart 2018)
Nə rəhmətlik Türkeşin adının unudulmasına nə də Bozqurdun unudulmasına əsla icazə vermərik. Nə də Ərbakan hocamı unutdurarıq.
(A9 TV; 11 mart 2018)
Quranda qadını döymə hökmü yoxdur. Allah həyat yoldaşları arasında anlaşılmazlıq olanda əvvəl danışın, sonra yataqlarınızı ayırın, sonra evləri ayırın, sonra hakim təyin edin razılığa çalışın, buna baxmayaraq olmursa boşanın deyir. Quranda keçən “darabə” feili qadının döyülməsinə deyil evdən ayrılmasını izah edər.
(A9 TV; 11 mart 2018)
Adı qoyulmamış kor müxalifət sistemi, bəzən birgə ağılsızlığa çevrilir və sakitləşdirmək çox çətin olur. Bunların çoxu qarşılarındakı insanın haqlı və doğru olduğunu bildikləri halda sırf çoxbilmişlik etmək üçün ya da mühitdən faydalanıb etibar qazanmaq üçün təcavüzkar tənqid dili istifadə edirlər. Bunların üslubundan çəkinənlər də doğru olanın yanında yer almaq yerinə o kor müxalifətə qatılırlar. Bu cür qorxu sistemi olmasa insanlar həqiqi fikirlərini, mühafizəkarlar dinə həqiqi baxışlarını çox rahat ortaya qoya bilərlər. Amma bir anda cəmiyyətə elektrik verənlər olduğu üçün bir-birlərindən çəkinib həqiqi fikirlərini deyə bilmirlər.
(A9 TV; 11 mart 2018)
Tayyib hocam millətin lideri, cumhurun başı olaraq çox vicdanlı, ağıllı və dürüst hərəkət edir. Bəzilərinin yersiz narahatlıqları çox gərəksiz. Tayyib hocam mərddir, cavandır, İslam Birliyinə aşiqdir.
(A9 TV; 11 mart 2018)





