Hər atom bir aləmdir. Atomda insan ağlının çox üstündə ağıl vardır. İnanılmaz sürətlə milyardlarla ildir dönürlər və bir dəfə belə toqquşmurlar. Sadəcə bu belə çox böyük möcüzədir. Çəkiclə dəmirə vurursan, atom təmasda belə olmur. Dönməsinə davam edir. 15 milyard ildir heç bir enerji almadan dönür. Bu, Allahın böyük sənəti və elmidir.

(A9 TV; 10 mart 2018)

Həm Darvinist sistemdə həm ənənəçi Ortodoks sistemdə qadın nifrəti oturmuş vəziyyətdə. Qadını insan olaraq görmürlər. Biri yarı inkişaf etmiş heyvan olaraq görür birisi yarım varlıq olaraq görür. Bu sevgisizliyi və çirkin məntiqi Quran əxlaqı tamamilə ortadan qaldırar.

(A9 TV; 10 mart 2018)

PKK ilə mübarizə sadəcə təhlükəsizlik tədbirləriylə olmaz. Əsas edilməsi lazım olan antidarvinist, antimaterialist elmi mübarizədir. Əlbəttə təhlükəsizlik tədbirləri görülməlidir, amma 3 min adam öldürülsə yerinə 3 min daha gəlir. Əsas zehniyyəti fikirlə öldürək, terrorun zəminini tamamilə qurudaq. Biz 10-20-30 il sonrasını düşünmək məcburiyyətindəyik. Dünyada özündənrazı hala doğru gediş var. Avropada dindarlıq zəifləyir. Bütün bunlara qarşı alacağımız ən köklü tədbir Darvinizmi elmi olaraq bitirmək olar. Ya Allah BismiAllah deyib başlamaq lazımdır. 40 alim, professor bir araya gətirilsin. Milli açıqlama edilsin. “Darvinizm elm deyil, elmi dəlillərimiz bunlardır” deyə bir-bir sıralayaq. Bütün dünyaya təsir edən böyük tərəqqi olar. Darvinist kommunist kütlələr mütləq reaksiya göstərəcəklər, bu reaksiyalara diqqət etmədən davam etmək lazımdır.

(A9 TV; 10 mart 2018)

Mömin demək dünyanın ən üstün ağla sahib varlığı deməkdir. Müsəlman dedikdə bəzilərinin ağlına müəyyən formada bığı, saqqalı olan, “əziz qardaşım” deyə danışan, gül suyu ikram edən insan modeli gəlir. Mömin həyat dolu, keyfiyyətli, zadəgan, sadə, dərin düşünən, şən, ağıllı, sevgi dolu, mərhəmətli, çağın üstündə müasir olan insandır.

(A9 TV; 10 mart 2018)

Səhv etmək çox yaxşı tərbiyəçidir. Mömin etdiyi səhvlərlə doğru yolda olmaqda qərarlılıq qazanar və həmişə doğrunu axtarar. Peşman olmaq kədərlənmək deyildir, əzmli olaraq doğrunu etmək və etdiyi səhvi təkrar etməkdən çəkinməkdir.

(A9 TV; 10 mart 2018)

Tayyib hocam cumhurun başı olaraq, dövlətimizin və millətimizin dəyərlərinə sahib çıxaraq, bozqurd işarəsi etməklə çox gözəl rəftar göstərmişdir. Bozqurd simvolunu hər kəsin istifadə etməsi millətçilərə xoşbəxtlik verir. Türklük demək Türküm deyən hər kəsi öz qardaşı görməkdir. Ülkücülər laz, kürd hər kəsi qardaş olaraq sevər və kim bozqurd işarəsi edirsə bundan xoşbəxtlik duyar. Dünyanın hər hansı yerində bozqurd işarəsi edəndə buna sevgi və hörmət edilər.

(A9 TV; 10 mart 2018)

Allah möminlərə güc, qüvvət versin, sayılarını, imkanlarını artırsın. Allah İslam əxlaqının dünya hakimiyyətini görməyi nəsib etsin. Allah bizi Hz. Mehdi və İsa Məsihə tələbə etsin. Allah, İslam aləminin düşməni olan münafiqlərin alçaqlıqlarını tarixə keçirsin, hamısının başını dərdə salsın, dünyada da, axirətdə də, sonsuza qədər alçalmalarını bütün insanlara göstərsin.

(A9 TV; 9 mart 2018)

Axirətdə müsəlmanların sorğusunda narahat olacaq heç nə olmaz. Mömin sorğusu təriflənməsi üçündür və çox qısa çəkər. Sadəcə etdiyi yaxşılıqların təsdiqi olar. Münafiq və küfrdə isə etdikləri bütün əxlaqsızlıqları tək-tək bütün detallarıyla soruşulacaq, hər detalında alçaldılacaq və sonra cəhənnəmə sürüklənəcəklər.

(A9 TV; 9 mart 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)