İran dost və qardaş ölkədir. İngiltərə dərin dövlətinin təhriklərinə qapılıb İranın əleyhinə çıxmaq heç ağıllı davranış olmaz. Bu oyuna heç kim düşməsin.
(A9 TV; 13 mart 2017)
Biz qapını açdıqdan sonra bütün dünyada İngiltərə dərin dövlətinə qarşı şüurlanma oldu. Əvvəllər dərin dövlət anlayışı heç bilinməzdi.
(A9 TV; 13 mart 2017)
Türkiyəyə qarşı edilən oyunlara veriləcək ən gözəl cavab İslam Birliyidir. Rusiya, İran, İsrail və bütün İslam aləmi dostluqda birləşək.
(A9 TV; 13 mart 2017)
İngiltərə dərin dövləti dünya səviyyəsində casusluq şəbəkəsi ilə, münafiqləri formalaşdırıb, müsəlmanları bir-birinə qırdırmaq siyasətini reallaşdırmağa çalışır.
(A9 TV; 13 mart 2017)
Bəzi müsəlmanlar arasında demaqoqluq çox yayılıb, lazımsız mövzularla maraqlanıb İslam Birliyi kimi əsil mövzuları görməzlikdən gəlirlər.
(A9 TV; 13 mart 2017)
Allah İslama xidmət edən bütün qardaşlarımızın işlərini bərəkətli etsin, payladıqları hər kitabın minlərlə qatı nurla sarsın.
(A9 TV; 12 mart 2017)
İnsan başqa partiyaları dəstəkləyə bilər, lakin Tayyib hocam bu vətənin övladıdır, onu İngiltərə dərin dövlətinə qarşı qorumaq partiyalardan kənar məsələdir.
(A9 TV; 12 mart 2017)
Dəfələrlə söylədim mənim Mehdilik iddiam yoxdur. Ərəbcə bilmirəm. Həyatımın sonuna qədər də Mehdilik iddiam olmayacaq.
(A9 TV; 12 mart 2017)
Hz. Əli və digər xəlifələrin şəhid edilməsinin əsas səbəblərindən biri dövrün münafiqlərinin Quranın kafi olmasını qəbul etməmələridir.
(A9 TV; 12 mart 2017)
Xurafatların qaranlığında qalmaq istəyənlər haşa Quranı bəyənmirlər. Peyğəmbərimiz (s.ə.v) də Qurana tabe olmaqla məsuldur. (Yunis surəsi, 15: ayələrimiz onlara açıq-aşkar sənədlər halında oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, belə deyərlər: “Bundan başqa bir Quran gətir və ya onu dəyişdir”. De: “Mən onu nəfsimin istəyinə görə dəyişdirməm qeyri-mümkündür. Mən, təkcə mənə vəhy olunana tabe olaram. Əgər Rəbbimə asi olsam, həqiqətən mən, böyük günün əzabından qorxuram”.)
(A9 TV; 12 mart 2017)





