Təyyarə qəzasında vəfat edən qızlarımız hamısı mələk kimi, tərtəmiz qızlar. Əleyhində danışanlara, pis söz söyləyənlərə Allah hidayət versin. Bu kəslər paxıllıqdan, sevgisizlikərindən, mərhəmətsizliklərindən söyləyirlər bu sözləri. Qızlarımızın hamısının ailələrinə təkrar başsağlığı diləyirik, Allah hamısına uzun ömür versin.
(A9 TV; 13 mart 2018)
Mina Başaran və yoldaşları üçün çirkin sözlər söyləyənlər çox ayıb edirlər. Nə bilirsən, bəlkə o gənc qadınların hamısı cənnətə getdi. Nur kimi aslan kimi qızlar hamısı, şəfqətlə, mərhəmətlə yaxınlaşmaq gərək. Həsəd, kin dolu, nifrət dolu insanlara qarşı milli siyasət inkişaf etdirilməli, ictimai mediada nifrət üslubu qadağan edilməli və cinayət olaraq qəbul edilməlidir. Tənqid yazılar amma nifrət üslubuna qəti olaraq icazə verilməməli. Sevgisizlik çox əhəmiyyətli məsələdir. Bütün kanallarda sevgi, mərhəmət, şəfqət anladılsın. Bu kin, hirs və nifrət qınansın.
(A9 TV; 13 mart 2018)
Tayyib hocamın sonuna qədər yanındayıq. Dövlət Bahçelinin də ona dəstək olması çox sevindirici haldır. Allah ondan da razı olsun. Allah uzun ömür versin, çox doğru yolda irəliləyirlər. Allah yollarını daim açıq etsin.
(A9 TV; 13 mart 2018)
Münafiq yaşlı, xəstə hinduşka kimidir. Həmişə sürünər. Başı bəladan heç vaxt xilas olmaz. Mömin dincdir, sağlamdır. Münafiq 40 yaşındadırsa bil ki 60 yaşında kimidir.
(A9 TV; 12 mart 2018)
Namaz insanı fərəhləndirən, qəlbini açan, gücləndirən çox böyük nemətdir. Namazı tərk etmək təxəyyül belə edilə bilməz.
(A9 TV; 12 mart 2018)
Qadınlar çox dərin və incə düşünmə qabiliyyətinə malikdir, 5 duyğuları da çox güclüdür. Kişilər hadisələri daha kobud qiymətləndirər. Qadın 100 alternativ variantı düşünər, kişi ən çox 3 alternativ variantı düşünər. Ümumiyyətlə ikisini düşünər birini seçər. Qadının görmə gücü daha kəskin olduğu üçün eşqə, ehtirasa çox açıqdır. Ehtiras və eşq dənizinə çəkən qadın olar. Amma qadının eşqi tam yaşaması üçün ağıllı kişi lazımdır. Yoxsa qadın nə edirsə etsin eşqin kilidini aça bilməz. Ağıllı kişi ilə qarşılaşdığında qadın eşqin və ehtirasın kilidini açar və ucu-bucağı olmayan dənizə girərsən. Amma təbii ki, bütün bunlar üçün qadının da, kişinin də imanlı olması əsas şərtdir.
(A9 TV; 12 mart 2018)
Şəhidlərimiz xoşbəxtdir, Allah onları seçmiş, ən gözəl mövqeyə gətirmiş. Allah Afrin şəhidimizin şəhadətini qəbul etsin, çağırın bizlər də gələk inşaAllah. Nə xoşbəxt sizə, nə xoşbəxt ailələrinizə.
(A9 TV; 12 mart 2018)
Dünya çox genişdir, bütün insanlar həmişə birlikdə hüzur içində yaşaya bilərik. İsrail, İran, İraq, Suriya hamısı çox geniş torpaqlardır. Gəlin bu torpaqlarda bir arada qardaşca yaşayaq. Bölüşəmədiyiniz nədir? Gəlin birlikdə sülh içində yaşayaq.
(A9 TV; 12 mart 2018)
Uşaqlara belə, küsməyi, qışqırmağı, meydan oxumağı öyrədir və bununla sevinirlər. Əl qədər uşağa yalnız sevgi öyrədilər. Uşağın ruhuna nifrət yeritmək və onu çirklətmək zülmdür.
(A9 TV; 12 mart 2018)
Möminlərin təmizliyi ilə münafiqlərin çirkliliyi arasında cənnətlə cəhənnəm kimi fərq var. Möminlərin olduğu hər yerdə nəzakət, keyfiyyət, təmizlik, gözəllik və yaxşılıq hakim olar. Münafiqlər isə murdarlıq, çirkinlik, iyrənclik, alçaqlıq içində sürünürlər.
(A9 TV; 12 mart 2018)





