Şəhidlərimizin ailələri də aslan kimi maşaAllah. Nə xoşbəxt belə şanlı övladlar yetişdiriblər. Dünyada da, axirətdə də həm özləri, həm övladları şanlıdır. Allah bizlərə də nəsib etsin. İsrarla bizi çağırmağa davam etsinlər inşaAllah. Allah möminə yataq ölümü verməsin, şəhadət nəsib etsin.

(A9 TV; 17 mart 2018)

Darvinizmi yerlə bir etmək qeyri-mümkün görünürdü. Bizim vəsiləmizlə dünya səviyyəsində məğlub oldular. Əvvəllər hər həftə guya “itmiş halqa” tapardılar. Tək-tək elmi cavabını verincə artıq darvinistlərin “səsləri” çıxmır.

(A9 TV; 16 mart 2018)

Cənnətdə kompüter kimi hər cür texnoloji cihaz vardır. İnsan cənnətdə ən mükəmməl rəssamdan daha gözəl şəkil çəkər. Qitaranı əlinə aldığında möhtəşəm çalar. İnsan istədiyi dildə çox axıcı danışa bilər cənnətdə.

(A9 TV; 16 mart 2018)

Duyğusallıq zövqlü də görünsə müqavimət göstərmək lazımdır. Ağıllı olmaq, Quranla düşünmək ən doğrusudur. Duyğusallıq, Allaha hörmətə, Allaha təslimiyyətə uyğun olmayan ruh halıdır. Duyğusallığı faciə olaraq görüb, hörmət etməmək lazımdır. Romanlarda, mahnılarda, seriallarda duyğusallıq müqəddəs göstərilir. Bu şeytani əzab şəklidir. Yüksək ağıl bunu heç vaxt qəbul etməz.

(A9 TV; 16 mart 2018)

Mehdiyyət dövrü savabın əziyyət cəhətdən ən çox azaldığı amma Allah eşqi və iman yüksəkliyi cəhətdən ən çox artdığı dövrdür. Çünki Mehdiyyətin tam yaşandığı dövrdə hər şey rahat olacaq. Dəccal olmayacaq, münafiq olmayacaq, bəlalar, dərdlər olmayacaq. Amma rahatlıq, dostluq, qardaşlıq göylərə çıxacaq. İnsanlar nemətlərin sevincindən havalara uçacaqlar. Bu səbəbdən Mehdi dövründə savab əziyyət cəhətdən az olacaq amma insanlardakı Allah sevgisi çox yüksək olacaq, Aynəl-yaxın çox yüksək iman meydana gələcək. İnsanlar əziyyətə görə deyil, iman yüksəkliyindən, Allah eşqinin yüksəkliyindən çox savab alacaqlar. Tarixdə görülməmiş dərəcədə yüksək Allah eşqi olacaq dünyada. Savabın əziyyət cəhətdən ən çox yüksəldiyi dövr isə Hz. İsa və Hz. Mehdi vəfat etdikdən sonra, yəni 1542-ci ildən sonra olacaq. O dövrdə İslam aləmində artıq pozulma başlayacaq. Dözümü mümkün olmayan həyat olacaq. Çox çətin imtahanlar olacaq. Amma savabı da əziyyət cəhətdən bir o qədər çox olacaq inşaAllah.

(A9 TV; 16 mart 2018)

Münafiq tamamilə yıxmaq, yox etmək istəyər. Müsəlman bir şeyin yıxılmasını istəməz, təmir etmək, düzəltmək, gözəlləşdirmək və gücləndirmək istəyər, təmir edib istifadə halına gətirər. Münafiq isə həm yıxar həm də yıxdığının əvəzinə heç nə etməz. Münafiq korlayıb yox edicidir. Müsəlman təmir edib gözəlləşdirəndir.

(A9 TV; 14 mart 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)