Mehdiyyət dövrü savabın əziyyət cəhətdən ən çox azaldığı amma Allah eşqi və iman yüksəkliyi cəhətdən ən çox artdığı dövrdür. Çünki Mehdiyyətin tam yaşandığı dövrdə hər şey rahat olacaq. Dəccal olmayacaq, münafiq olmayacaq, bəlalar, dərdlər olmayacaq. Amma rahatlıq, dostluq, qardaşlıq göylərə çıxacaq. İnsanlar nemətlərin sevincindən havalara uçacaqlar. Bu səbəbdən Mehdi dövründə savab əziyyət cəhətdən az olacaq amma insanlardakı Allah sevgisi çox yüksək olacaq, Aynəl-yaxın çox yüksək iman meydana gələcək. İnsanlar əziyyətə görə deyil, iman yüksəkliyindən, Allah eşqinin yüksəkliyindən çox savab alacaqlar. Tarixdə görülməmiş dərəcədə yüksək Allah eşqi olacaq dünyada. Savabın əziyyət cəhətdən ən çox yüksəldiyi dövr isə Hz. İsa və Hz. Mehdi vəfat etdikdən sonra, yəni 1542-ci ildən sonra olacaq. O dövrdə İslam aləmində artıq pozulma başlayacaq. Dözümü mümkün olmayan həyat olacaq. Çox çətin imtahanlar olacaq. Amma savabı da əziyyət cəhətdən bir o qədər çox olacaq inşaAllah.

(A9 TV; 16 mart 2018)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)