Münafiqlərin möminlərə təmin etdikləri ən böyük faydalardan biri də kanalizasiya təmizləyən maşın kimi harada çürümüş, qəribə, murdar məxluq, töküntü, kir, pas varsa yığıb aparmalarıdır. Münafiqlər, müsəlmanların kanalizasiya təmizləyən maşını kimi çalışır, peyin böcəyi kimi pislikləri yığıb yanlarına alırlar. Bu da möminlər üçün böyük fərahlama və gözəllik olur.
(A9 TV; 17 mart 2018)
Gözəl əxlaqdan güzəştə gedən insan, Allah əsirgəsin, məhv olar. Gözəl əxlaqdan güzəştə getdiyi anda, həmin an insanda çöküntü başlayır. Gözlənilmədən bir anda güzəştə getsə belə dərhal Allaha sığınıb düzəltməsi lazımdır.
(A9 TV; 17 mart 2018)
Ələvilərin əleyhinə danışanlar sevgisiz, ağılsız insanlardır. Belə insanları ciddiyə almamaq lazımdır. Ələvilik sevgi, dostluq, qardaşlıq, aydınlıq, müasirlik, nəzihlik deməkdir. Ələvilər nəcib və vəfalı insanlardır. Ələvilərin varlığı mövhumatçılığa qarşı qaladır. Nə gözəl Hz. Əlini sevirlər, nə gözəl əhli beyti sevirlər. Hz. Əlini və Əhli Beyti sevəni kim sevməz?
(A9 TV; 17 mart 2018)
Allah əsgərimizi, xüsusi təyinatlıları bütün namərd güllələrdən qorusun. Müzəffər etsin. Millət olaraq onların yanındayıq.
(A9 TV; 17 mart 2018)
Səmimiyyətsizlik insanı boğar. İnsan səmimiyyətsiz olanda tarazlığını qoruyamaz, üzərinə çətinlik, kədər gəlir. Səmimi olan insanda fərahlama və açılma olur. Səmimi olmayan insanda çirkinləşmə meydana gəlir.
(A9 TV; 17 mart 2018)
Bütün dinlərin əsas xüsusiyyəti himayəçilik sisteminin olmasıdır. Bu namaz, oruc kimi təməl hökmdür amma təəccüb doğuracaq şəkildə insanlara bunu unutdurmuşlar. Din yaşandığında hamı hər kəslə qardaş olur, hamı hər kəsin anası, atası olur. Küçədəki uşağın yeməyi, qalacağı yer, geyəcəyi paltardan bütün ümmət məsul olur.
(A9 TV; 17 mart 2018)
Dürüst olmaq gözəldir amma insanlar kompleks olmağı seçir. Kompleks olmaq da onları üzür və yorur. Halbuki hər zaman dürüst olan insan qiymətlidir, dürüst olan sevilər.
(A9 TV; 17 mart 2018)
Allah Özünün və sevginin hədəf edildiyi hər duanı qəbul edər. Özünün və sevginin hədəf edildiyi hər şeyi verir.
(A9 TV; 17 mart 2018)
Mən monotonluğu heç xoşlamıram. Bəzi insanların hər şeyi sabitdir, getdiyi yol, yediyi yemək, oturduğu kreslo həmişə eynidir, bəllidir. Mənim həyatım həmişə dəyişir. Perspektivim dəyişir, zövq anlayışım dəyişir, sevinc anlayışım dəyişir. Hər şeyin daha xoş hala gəlməsini istəyirəm. Hər şeyin dəyişik və həyəcan verici olmasını istəyirəm. Mənim ruhumu dərindən təsir edən, halal amma qeyri-ənənəvi şeylərdən çox zövq alıram.
(A9 TV; 17 mart 2018)
Mömin gücü Allahdan alar. Mən bu mövzuda güclüyəm deyən insanı, Allah qorusun, Allah elə o mövzuda əzər. Mən zəifəm demək də özünü bütləşdirmə olur. Güc Allahın deyil? Allahdan istəsən Allah səni son dərəcə güclü hala gətirər. Utancaqdır, Allahdan istəyər Allah onu cəsur edər. Narahatlıqları vardır, Allaha sığınar, Allah bütün narahatlıqlarını ortadan qaldırar. Mömin bütün gücün qüvvətin Allahdan olduğunu bilərək, yalnız Allaha güvənər.
(A9 TV; 17 mart 2018)





