Allah sevgini sevər. Səmimiyyət sevgi üçündür. Quranın bütün hökmlərini yerinə yetirən insan səmimi, yəni sevgini bilən insandır. Sevgini yaxşı bilən insan təqva sahibidir. Allah Özünün əbədi açılan sevgiylə sevilməsini istəyər. Özü də sonsuza açılan sevgiylə sevər.

(A9 TV; 24 mart 2018)

Dünyaya ilk gəldiyimizdə insan ilk başda şüurlu şəkildə analiz edə bilmir. Məktəb bitirilir, universitetə gedilər, evlənilir, hər kəs həyat mübarizəsi içində yaşamağa çalışır deyə bilir böyük əksəriyyət. Amma diqqətlə baxdığımızda hər şeyin beynimizin içində yaradıldığını və çöldə maddənin yalnız kölgə varlıq olaraq olduğunu görürük. Təkcə saata, stəkana baxdığımızda Allahın varlığını açıqca görürük. Allahın varlığını görər görməz, tək bir atomun quruluşunda möhtəşəm Ağıl və nizam olduğunu da görürük. 15 milyard ildir hərəkət edən atomlar bir dəfə belə bir-birinə dəymir. Bir elektronun içindəki aləmi düşünün. Allahın böyüklüyü əzəmətlidir. Bu əzəmət böyüklük qarşısında məktəb bitirmək, iş sahibi olmaq və s. həyatın tək məqsədi ola bilməz. Və həyatının tək məqsədi Allah olan insan üçün həyatının hər detalı mükəmməldir, yağ kimi axır.

(A9 TV; 24 mart 2018)

Din olmadıqda şeytan dövrəyə girər. Şeytanın təsirinə girən insanın ruh halının sağlam olması mümkün olmaz. Bütün hərəkətləri qeyri-sabitdir. Həyat məqsədi olmadıqda insanlarda həyata küsmə, sevdiklərinə küsmə, intihar meyli inkişaf edir. Məqsədsizlik insanın bütün həyat enerjisini əlindən alır. İnsana həyat enerjisi qazandıran Allah sevgisi, Allahın böyüklüyünü anlamaq və imandır.

(A9 TV; 24 mart 2018)

PKK kürd canlarımıza çox böyük zülm etdi. Aydındır ki, dindar insanlar kürdlərdir. Belə dindar insanları zorla kommunist, dinsiz etməyə çalışmaq çox böyük zülmdür. Kürd canlarımızı PKK-nın zülmünə əsla tərk etməyəcəyik.

(A9 TV; 24 mart 2018)

Məktəbin məqsədi sevgini öyrənməkdir. Hər məktəb mərhəmətin, dostluğun, yoldaşlığın, sənətin, keyfiyyətin qalası olmalıdır. Gənclərin çoxu nə üçün məktəbə getdiyini belə bilmir. Sevgi üçün təhsil aldıqlarını bir ömür boyu bilmədən yaşayırlar. Qorxunun, narahatlığın aradan qaldırılması üçün məktəblərdəki sevgi və mərhəmət təhsili çox vacibdir.

(A9 TV; 23 mart 2018)

İncəsənət olmayan yerdə həyat olmaz. Əfqanıstan, İraq, Suriya kimi ölkələrin ölümünə səbəb olan incəsənətin olmamasıdır. İncəsənət, Allah sevgisinin ən gözəl təcəllilərindən biridir. İmanın, Allah sevgisinin olduğu yerdə incəsənət həyat tapar. İncəsənəti öldürəndə həyat da ölər.

(A9 TV; 23 mart 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)