İngilis dərin dövlətinə açıq-aşkar meydan oxuyan bir Atatürk var idi bir də Tayyib hocam var. Halal olsun Tayyib hocama İngilis dərin dövlətinə elmlə, irfanla vura-vura beyinlərini darmadağın edir maşaAllah.
(A9 TV; 21 mart 2018)
Kim Allahı çox sevsə, Allah o insanı çox sevər. Allah ən təqva qulunu sevər dediklərində ağıllarına əlində təsbeh olan saqqallı əmi gəlir. Ən təqva olan sevgini ən çox yaşayandır. Allahı ən çox sevəni, Allah da ən çox sevər.
(A9 TV; 20 mart 2018)
Ölüm möminin əxlaqını düzəltməsi üçün ibrət vəsiləsidir. Ölümün varlığı insanlar üçün çox böyük nemətdir. Ölüm və yaşlanma insanların özlərini düzəltməsi üçün əsas şərtdir, bunlar olmasa dünya çox mərhəmətsiz olardı. İnsanlar Allahdan qorxaraq təmkinli olur. Allah qorxusu olmadıqda insanların təmkinli və tutarlı olması, əxlaqını gözəlləşdirməsi, özünü inkişaf etdirməsi mümkün olmur.
(A9 TV; 20 mart 2018)
Bütün əziyyətin, iztirabın qaynağı müsəlman ölkələrin parçalanmasıdır. Biz ana, ata, qardaş birlikdə yaşayaq deyirik. Yox, gərək ayrı olaq deyirlər. O zaman da acı və dərdlər bitmir. Mehdiyyət deyəndə bir şəxsə kilidləndik sanırlar. Mehdiyyət döyüşlərin bitməsi, ədalətin hakim olması, dünyanın hüzur içində yaşamasıdır.
(A9 TV; 20 mart 2018)
Mömin dərin düşünməkdən zövq alar. Allaha güvənərək, Allahı sevərək düşünmək möminin özünü açmasına səbəb olar.
(A9 TV; 20 mart 2018)
Afrinə daha geniş kömək göndərək. Əl birliyi edərək hər cür paltar, yemək bol-bol kömək göndərək.
(A9 TV; 20 mart 2018)
Allah yalnız sevgiylə həyatı gözəl hala gətirmişdir. Sevgi gedəndə cəhənnəm gəlir. Bir insan sevgiyə yanaşmırsa və sevgini bilmirsə cəhənnəmdə yaşayır.
(A9 TV; 20 mart 2018)
İslam dini asandır. Dinin asan olduğunu Allah söyləyir. Allah bəndələri üçün çətinlik diləməz. Ənənəçi sistem dini içindən çıxılmaz, əzablarla dolu, insana əziyyət edən sistemə çevirir. Həm özləri əzab çəkir, həm də insanlara əzab çəkdirirlər.
(A9 TV; 19 mart 2018)
PKK-nın ideologiyası Marksist-Leninist ideologiyadır və bunun təməlində müqavimət göstərmə, inqilab olana qədər müqavimət göstərmə vardır. Bu müqavimət göstərmə kommunistlər üçün əhəmiyyətlidir. 40-50 ili gözə alırlar. Qarşıdurma, müqavimət göstərmə və ziddiyyət bu ideologiyanın təməli olduğu üçün PKK ideologiyasından imtina etmədiyi müddətcə, minlərlə dəfə məğlub olsa belə, münaqişəyə, öldürməkdən və ölməkdən imtina etməz. Buna görə PKK-ya qarşı əsas mübarizə ideologiya mübarizəsi olmalıdır. Bunun üçün də, kommunizmin fəlsəfi dayaq nöqtəsi olan Darvinizmin etibarsızlığının izah edilməsi əsas şərtdir. Fikri qalibiyyət əldə edilmədikcə PKK tam mənasıyla məhv ediləməz.
(A9 TV; 19 mart 2018)
Bir çox yerdə sünilik təşviq edilir. Əl boyda uşaqlara belə sünilik öyrədilir. Bu çox pisdir. Sünilik bir insanın yox olması, həqiqi insan olmaqdan çıxması deməkdir.
(A9 TV; 19 mart 2018)





