Səmimi, sağlam, tərtəmiz İslamı bataqlıqda axtarırlar. Xurafat, şiddət və nifrət qoxuyan bu bataqlıqla İslamın heç bir əlaqəsi yoxdur. Quran və Qurana uyğun sünnə xaricindəki anlayış müsəlmanlara yalnız fəlakət gətirər. Bu fəlakəti millətimiz və dövlətimiz heç vaxt qəbul etməz. Türkiyə müasir, aydın, dindar və keyfiyyətli ölkədir.
(A9 TV; 26 mart 2018)
Allahın varlığı sevgidir. Bütün kainatın yaradılmasının tək məqsədi sevgidir. Sevgi hər şeyi həll edir. Bu sonsuz xoşbəxtlikdir. Dünyadakı ən böyük zövq sevgidir. Şeytan isə dünyanın ən böyük əzabı olan nifrətə insanları çəkməyə çalışar.
(A9 TV; 26 mart 2018)
Bir diyarda ağlı başında bir insan olanda ayna sistemi dövrəyə girər və zəncirləmə olaraq hər kəsə müsbət təsir edər. Bir insanın səmimi imanı bütün cəmiyyətin gözəl əxlaqına vəsilə olar.
(A9 TV; 26 mart 2018)
Allahın böyüklüyünü anlayan və səmimi olan insan metafizik varlığa çevrilər. Bütün dünya onun xidmətində olar. İstədiyi hər şeyi Allah üçün istəyənə Allah hər şeyi açar. Mömin özü üçün bir şey istəməz, bu möminin əsla içinə düşmək istəməyəcəyi fəlakətdir.
(A9 TV; 25 mart 2018)
Hər çətinlik, hər əziyyət eşqi öyrənmək deməkdir. Bəla kimi görünən hər hadisə mömin üçün nemətdir. Hər bəla möminə xeyirdir. Bəla gəlib də sevgini öyrənməmək deyə bir şey yoxdur. Bəlanı yaşayanlar sevgini coşğuyla yaşayarlar, sevgini çox gözəl öyrənərlər.
(A9 TV; 25 mart 2018)
Həqiqi mənada ictimai ədalət üçün, həqiqi ictimai zəmanət üçün himayədarlıq sisteminin tam yaşanması lazımdır. Quranda Allah hər kəsin bir-birinin vəlisi olduğu sistem olmasını söyləmişdir. Elə bu Mehdiyyət vəsiləsiylə olacaq. Allahın izni ilə 3-5 il içində bu gözəlliyin reallaşdığını görəcəyik.
(A9 TV; 25 mart 2018)
Tayyib hocamın Allah yolunu açmış, böyük vizyonla irəliləyir maşaAllah. Allahın izni ilə İttihadı İslamın qurulmasına vəsilə olacaq.
(A9 TV; 25 mart 2018)
Biz zülm istəmirik. Biz Kürd canlarımızın hörmət və dəyər görərək, dinlərinə, namuslarına xələl gəlmədən, hüzurlu yaşamalarını istəyirik. Kommunist rejim altında əzilmələrinə icazə vermərik. Kürd analarımızın, bacılarımızın kommunist, dinsiz, Allahsız rejim altında əzilmələrinə icazə vermərik. PKK sevilmədiyini və istənmədiyini artıq anlasın. Kürdləri rahat buraxsın. Kürdlər kommunist dikdə təzyiqi altında deyil, öz seçimləriylə azad olaraq necə istəyirlərsə yaşasınlar.
(A9 TV; 25 mart 2018)
Ağılın, Allaha bağlanmanın, cənnətin hər şeyi, açarı səmimiyyətdir. Allah yalnız səmimi olanların xilas olacağını bildirmişdir. Səmimiyyətin özünə xas xüsusi ləzzəti vardır. Səmimiyyətdə vücud çox böyük fərahlıq duyar, danışa bilmirsə danışacaq hala gələr, gözəl cümlələr quracaq hala gələr. Hər hansı sıxılma varsa tamamilə ortadan qalxar.
(A9 TV; 24 mart 2018)
Tayyib hocamın Quranın yetərliliyi mövzusunda etdiyi şərhə bütün qadınların sahib çıxması vacibdir. Qadınlar əleyhindəki xurafatları tamamilə ortadan qaldıran rəftar göstərdi Tayyib hocam. Bütün qadın sənətçilərin, siyasətçilərin, alimlərin, yazıçıların və digərlərinin Tayyib hocama dəstək vermələri çox gözəl olar.
(A9 TV; 24 mart 2018)





