Münafiqin əsas üzərində dayandığı mövzu müsəlmanlar içindən kimləri təsirli görürsə onu təsirsiz halına gətirmə səyidir. Axırzaman münafiqləri qövmün ən irəli gələn azğın müşrikləriylə iş birliyi edərlər. Hədəf seçdikləri də İslama ən çox xidmət edən, ən təsirli müsəlmanlar olar. Ancaq münafiq taledə məğlub olmuş olaraq yaradılmışdır. Allah tərəfindən həmişə alçaldılırlar amma həddindən artıq arsız olduqları üçün küfri inadları çoxdur. Münafiqin bu küfri inadı da, müsəlmanların faydasına olar. Müsəlmanların həm inkişafını təmin edər həm də savablarını artırar.

(A9 TV; 29 mart 2018)

Tənqid olunmaq mömin üçün çox böyük nemətdir. Allah qarşındakı insanın vicdanına sənə doğrunu söyləməyi ilham edir. Nə gözəl. Mömin üçün çox böyük nemətdir, “Allah razı olsun” deyəcəksən, dinləyəcəksən. Tənqidlərin hər saniyəsini, hər anını çox yaxşı qiymətləndirmək lazımdır. Tənqidə incimək olmaz.

(A9 TV; 28 mart 2018)

Sevdiyimiz birini sonsuz əvvəldə və sonsuz sonrada da sevmiş oluruq. Allah ilə birbaşa əlaqədə, Allahın böyüklüyünün yaxşı bilinməsi vəziyyətində sonsuz sevgi başlamış olar. Yetər ki, səmimi olunsun, yetər ki, Allahın böyüklüyü unudulmasın.

(A9 TV; 27 mart 2018)

Şəhidlərimizin arxasınca üzüntülü ağlamaq onları təhqir edir. Bizim igidlərimiz “toya gedirik” deyərək şəhadətə gedirlər. Şəhadətləri mübarək olsun. İgid şəhidlərimizin, igid ailələrinin qərarlı, mətanətli, cəsarət dolu danışıqları bütün millətimizə nümunə olur. Bu gözəl danışıqlar həmişə mediada gündəmdə olmalıdır.

(A9 TV; 27 mart 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)