Quranın Özü namusdur. Din namusdur. Dini bütövlükdə inanıb yaşayan qadın namusludur.
(A9 TV; 29 may 2017)
İnsanların çoxunun bilmədiyi, Allahın təkcə səmimi qullarına tətbiq etdiyi müsbət qanunu var. İsrarla səmimi olan mütləq qalib gələr.
(A9 TV; 29 may 2017)
Bəziləri çox lovğa, özü sanki cənnət əhliymiş də insanları xilas edirmiş kimi bir üslub işlədir. Dini səmimi izah etmirlər. İnsanların iman həqiqətlərinə, Quran möcüzələrinə ehtiyacları var, bunları izah etmirlər, hər gün su kimi müsəlman qanı axır, heç üzərində dayanmırlar. Darvinizm insanları dinsizliyə sürükləyir, tək kəlimə cavab vermirlər.
(A9 TV; 29 may 2017)
İslam asan və sadədir. Dini yaşamaq asandır. Bütün məsələ səmimi olmaqdadır.
(A9 TV; 29 may 2017)
Uşaqların ən çox ehtiyac duyduğu şey sevgi və şəfqətdir. Dərin şəfqət olsa uşaq hər mövzunu çox asan öyrənər, əks halda isə çox sıxılar. Uşaqların ruhlarındakı azadlığı tamamilə açmaq və sevgini onlara bulaq kimi təqdim etmək lazımdır. O zaman çox gözəl təhsil olar.
(A9 TV; 29 may 2017)
Mən bir insanı sevdikdə sonsuza qədər sevərəm, cənnət dostum olaraq ehtirasla, sonsuza qədər sevərəm.
(A9 TV; 29 may 2017)
İnsanların bir qismi mənfəətlərinə zidd düşdükdə çirkinləşər, yalan söyləyər, oyun oynayarlar. Bu çirkin əxlaqa sahib olanların mənfi enerjisi var.
(A9 TV; 29 may 2017)
Bütün gözəlliklər Allaha məxsusdur. Hər gözəlliyi yaradan və səmimi olanları bir yerə toplayan Allahdır. Bütün güc və qüvvətin sahibi Allahdır. Dəccaliyyətə qarşı Mehdiyə metafizik gücü nəsib edən də Allahdır.
(A9 TV; 29 may 2017)
Darvinist, materialist təhsil, insanları həyatlarının məqsədsiz olduğuna inandırır. Bu zaman təkcə sağ qalmaq üçün yaşayırlar, incəsənət, sevgi, gözəllik, qardaşlıq həsrəti içində olmurlar. Darvinist təhsil insanların həyat sevinclərini və şövqlərini əllərindən alır.
(A9 TV; 29 may 2017)
Ən möhtəşəm həqiqi incəsənət xadimi Allahdır. Allah incəsənəti ilə dünyanı gözəlləşdirər, ruhumuzu da incəsənətlə yaratmış bizə sevməyi öyrətmişdir.
(A9 TV; 29 may 2017)





