Allah hər şeyi bir məqsədlə, bir tale ilə yaratmışdır. İnsanın mövcudluq məqsədi də qul olmasıdır.
(A9 TV; 30 may 2017)
Allaha inandığını söyləyib dinə inanmadığını söyləyənlər haşa Allahın insanlardan xəbərsiz olduğunu söyləmiş olurlar. Yaxud stəkanın, eynəyin, yastığın mövcudluq məqsədi var, lakin insanın mövcudluğunun heç bir məqsədi yoxdur demiş olurlar. Hər ikisi də çox məntiqsizdir.
(A9 TV; 30 may 2017)
Quran çox açıq və dəqiqdir. Quranı oxuyan hər insan açıq və dəqiq ayələri anlayar. Eyhamla, xurafatla Qurandan hökm çıxardanlara etibar etməsinlər.
(A9 TV; 30 may 2017)
Mehdiyyət dövründəyik, Allahın Hadi isminin gəncləri əhatə etdiyi açıqca görünür.
(A9 TV; 30 may 2017)
Mövcud olan bir şey əsla yox olmaz. Səs də, təsvir də Allah dərgahında sonsuza qədər qalar.
(A9 TV; 30 may 2017)
Hər yuxu bir növ ölümdür. İnsan hər yuxuda ölər və hər səhər dirilər. Ölümdən oyanma da kəskin dirilişdir.
(A9 TV; 30 may 2017)
Putin zəkalı və dəliqanlı insandır. Hər insan kimi onun da səhvləri ola bilər, lakin dünyaya baxdığımız zaman səmimi olduğunu görürük.
(A9 TV; 30 may 2017)
Qadınların dəyərinin yaxşı bilinməməsi dəccaliyyətin təlqinləri ilə olur. Cənnətin də, dünyanın da ən böyük neməti qadınlardır.
(A9 TV; 30 may 2017)
Peyğəmbərimiz (s.ə.v) ümmi idi, hz. İbrahim də məktəb bitirmədi. Lakin hamısı arif idi, heyrətamiz keyfiyyətli idi. Allaha səmimi olaraq yaxın olan çox keyfiyyətli olar.
(A9 TV; 30 may 2017)
Allah bütün qonşu ölkələrə olduğu kimi, Gürcüstana da bərəkət, bolluq və hüzur versin. İnşaAllah bütün qonşularımızla viza tətbiqi ləğv olunacaq.
(A9 TV; 30 may 2017)





