Musiqi halal, rəqs halal, rəsm, heykəl halaldır. Boşuna insanların üzərində təzyiq yaradırlar. İnsanların sevinc içində çox rahat yaşaması lazımdır. Öz qoyduqları lazımsız qaydalarla həyatı cəhənnəmə döndərirlər. Sevgi, gözəllik, incəsənət, musiqi, sevinc yoxdursa, həyat cəhənnəm olar.

(A9 TV; 29 may 2017)

Hər zaman deyirəm ələvilər candır. İncəsənət xadimi ruhludurlar, arifdirlər, təfəkkürləri zəngindir, mövhumatçılığa qarşı bir qələmdirlər, sevgi insanlarıdır. Ələvilər əleyhinə danışanlar, məlumatsızlıqlarından və sevgisizliklərindən bu cür danışırlar.

(A9 TV; 28 may 2017)

Hədislərdə izah edildiyi kimi Sirat körpüsü anlayışı Quranda yoxdur. Axirətdə sorğu-sual var. Bu sorğu-sual mömin üçün asan, küfr əhli üçün çox çətindir. Möminin axirətdəki sorğu-sualı çox qısa və asan olduğu halda, küfr əhli üçün əzabverici şəkildə çətin və təfərrüatlıdır. Allah tək-tək hər şeyin hesabını soruşacaq.

(A9 TV; 28 may 2017)

Evlilik, Allahın rizasını axtararaq olmalıdır. İnsan yoldaşını seçərkən bu insan Allaha özünü təslim etmişdirmi, İslam üçün nələr etmişdir, İslamı yaymaq üçün nə edir, eqoistlikdən xilas olmuşdurmu, gözəl əxlaqlıdırmı kimi meyarlara baxıb axirət həyatı üçün yoldaşını seçər.

(A9 TV; 28 may 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)