Mömin əfv edərək sağlam olar. Bağışlayıcı olmaq ehtirasın, sevginin, eşqin və dostluğun əsas xüsusiyyətidir. Bağışlayıcılıq yoxdursa, sevgi yaranmaz.
(A9 TV; 28 may 2017)
Qadının əsas xüsusiyyəti sevmək və sevilməkdir. Sevgi olmadıqda qadın yorulmağa başlayar, həyat zövqü tamamilə əlindən gedər.
(A9 TV; 28 may 2017)
Keyfiyyətli insan tərifləndiyi zaman lovğalanmaz. Lakin insanların bir hissəsi qeyri-sabit olur, adi insan olduğu halda tərifləndiyi vaxt əxlaqları pozulur. Tərifləndiyi zaman lovğalanıb özündən çıxmaq müəyyən mənada ruhi xəstəlikdir və şəxsiyyət pozuqluğudur. Sevgi dolu, Allahdan qorxan, Allahı sevən insan hər zaman sabitdir, tərifləndiyi zaman əsla lovğalanmaz.
(A9 TV; 28 may 2017)
Gözəl əxlaq insanı gözəlləşdirər. Ağıllı və dərin düşünən qadın heyrətamiz dərəcədə valehedicidir və gözəldir.
(A9 TV; 28 may 2017)
Allah hamımızı hz. Mehdiyə və İsa Məsihə tələbə etsin. İslamın sevgi hakimiyyətini, nurlu hakimiyyətini Allah bizə göstərsin.
(A9 TV; 28 may 2017)
Nifrətlə nəticə əldə etmək olmaz. Əsəbi, kinli anlayışla heç bir problem həll edilməz. Allah sevgisindən irəli gələn sevgi və mərhəmət olmalıdır. İsrail-Fələstin məsələsində torpaq problemi deyil, sevgisizlik problemi var. Nifrət aradan qalxsa, sevgi və qardaşlıq ruhu yaransa, dərhal sülh hakim olar.
(A9 TV; 28 may 2017)
Allah sevgisi güclü olduğu zaman dərin şəfqət, mərhəmət və fədakarlıq olar. Fələstin-İsrail probleminin həll edilməsi də Allah sevgisi ilə olar. Fələstinli gənclər də, İsrailli gənclər də, Allahı çox sevib səmimi dindar olduqları təqdirdə bir-birlərinə hörmət və sevgi bəsləyərlər.
(A9 TV; 28 may 2017)
İnsanların bir-birinə etibar etməməyi və sevgi bəsləməməyi normal bir şey deyil, bu xüsusi sistemlə formalaşdırılmış mənəvi bəladır.
(A9 TV; 28 may 2017)
Allah axirətdə Qurana tabe olub olmadığımızı soruşacaq. Müsəlman təkcə Qurandan məsuldur.
(A9 TV; 28 may 2017)
İnsan dürüst şəkildə səmimi olaraq hər şeyin Allaha aid olduğunu anladıqda üzərindən şirkin bütün bəlaları yox olar, bütün çətinlikləri bitər.
(A9 TV; 28 may 2017)





