İnsanların bu qədər acizlik və çatışmazlıq içində olarkən lovğalıq hissinə qapılması möcüzədir, bu da imtahanın bir hissəsidir.
(A9 TV; 1 iyun 2017)
Gənclərin arasında eyhamlı sözlərlə bir-birini alçaltmağa çalışmaq geniş yayılıb. Lağlağılığı zəka nümayişi zənn edirlər. Əsil lağlağılıq alçaldıcıdır. Həqiqi ağıl və zəka insanların bir-birinə hörmət göstərməsi, birinin digərini ucaltmasıdır.
(A9 TV; 1 iyun 2017)
Bütün ürəklər Allahın nəzarətindədir. Allah hər an insanlara yaxşını da, pislikdən çəkinməyi də ilham edər.
(A9 TV; 1 iyun 2017)
Uşaqları şövqlə, sevinclə praktik məlumatla öyrətmək mümkün olduğu halda, onlara darıxdırıcı, nəzəri, əzbərə əsaslanan təhsil verilir. Bu məntiqin tamamilə dəyişməsi vacibdir.
(A9 TV; 1 iyun 2017)
Din olan yerdə əyləncə, əyləncə olan yerdə din olmaz demək çox yanlış məntiqdir. Din həyatın hər sahəsində var, həyatın bütünüdür.
(A9 TV; 1 iyun 2017)
Ən böyük ehtiyac insanların imanlarını qazanmasına vəsilə olmaqdır. Ağıl və qəlb cəhətdən imana vəsilə olacaq əsərlər paylanılması çox mühümdür.
(A9 TV; 1 iyun 2017)
Quran kafi və açıqdır. Qurana xurafatlara görə əlavə edən də, çıxarış edən də axirətdə çox böyük günah boynuna götürəcək.
(A9 TV; 1 iyun 2017)
Allah möminləri çətinliklərlə imtahan edər. Məsələn, mömin əzabla qarşılaşar, səbir edər o ona üstünlük qazandırar. Səbir yoxdursa, o insan dəyərli hala gələ bilməz.
(A9 TV; 1 iyun 2017)
Allahı çox sevən, Allahın yaratdığı bəndələrə şəfqətlə yaxınlaşar, Quranın ruhunu yaxşı anlayar. Mömin oruc tutmayana qarışmaması lazım olduğunu bilər.
(A9 TV; 1 iyun 2017)
Oruc tutarkən aclıqdan, susuzluqdan bəhs etmək ibadətin ruhuna yaraşmaz. Müsəlmanın alicənablığına belə üslub yaraşmaz.
(A9 TV; 1 iyun 2017)





