Allah zər aləmində bütün insanları bütün bədən üzvləri ilə birlikdə yaratmış, bütün insanlardan əhd almışdır. Bu, Quranda təkamül olmadığının dəlilidir. Quranda təkamüllə yaradılış olduğunu iddia edənlər, zər aləminin yaradılışını açıqlaya bilməzlər. Zər aləmi də, dünya da təkamüllə yaradılmadı.

(A9 TV; 1 iyun 2017)

Şəhidlərimizi Allah nuru ilə bürüsün. Onları yüksək mərtəbələrindən dolayı təbrik edir, sevgi ilə anır, təqdir edir və alqışlayırıq. Allah da təqdir, təbrik etsin. Allah Quranda şəhidlərin sevinc içində olduqlarını bildirmişdir. Möminlər üçün şəhidlik seviniləcək mübarək məqamdır. (Ali İmran surəsi, 169-170-171: Allah yolunda öldürülənləri əsla “ölülər” hesab etməyin. Xeyr, onlar öz Rəbbi dərgahında diridirlər, onlara ruzi verilir. Allahın Öz lütfündən onlara bəxş etdikləri ilə sevinc içindədirlər. Onlara, arxalarınca gəlib hələ çatmayanlara müjdələməyi istəyirlər ki, onlar üçün heç bir qorxu yoxdur, kədərlənməyəcəklər də! Onlar, Allahdan neməti, lütfü (bolluğu) və həqiqətən Allahın möminlərin savabını puç etməyəcəyini müjdələyirlər.)

(A9 TV; 1 iyun 2017)

“Müsəlman yeməz, içməz, yerdə oturar, keyfiyyət nədir bilməz” deyə bilirlər. Buna görə də, müsəlmanların ehtişamının görülməsi bu yanlış imici yox etmək üçün tələb olunur. “Müsəlman keyfiyyətli məkanda ola bilməz, keyfiyyətli avtomobil idarə edə bilməz, keyfiyyətli evdə otura bilməz, keyfiyyətli geyinə bilməz” imicini biz yerlə-yeksan etdik. Gözəl olan hər şey təkcə küfrün əlində olmalıdır, deyənlərin bütün təbliğatının keçərsiz olduğunu həyatımızla göstərdik.

(A9 TV; 30 may 2017)

Müsbət və mənfi utancaqlıq vardır. Müsbət utancaqlıqda pis şeydən xəcalət çəkilər. Mənfi utancaqlıq isə insanın sevgisini ifadə etməsinə əngəldir. İnsanın sevdiyini uca səslə söyləyə bilməməsi qürurdan irəli gələr. “Sevirsənmi?” deyə soruşduqda “səncə?” deyə cavab verilməz, “sevirəm” deyilər.

(A9 TV; 30 may 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)