Bir gənc qız təkbaşına rahat gəzib dolana bilmirsə, həm sevməkdən, həm də sevilməkdən qorxursa, bu o ölkədə ciddi mədəniyyət çatışmazlığı olduğu mənasını verər.
(A9 TV; 2 iyun 2017)
Səmimi vicdanından istifadə edən insan hadisələrin onu sürükləməsinə icazə verməz, o hadisələri yönləndirər.
(A9 TV; 2 iyun 2017)
Allahı düşünməyi istəməmək çox qorxunc, ayıb və çirkindir. Dünya səviyyəsində çox böyük səhv edilir. Bu səhvin düzəlməsi üçün çalışaq. Allah sonsuz səbirli və mərhəmətlidir. İnsanların əksəriyyətinin nankorluğuna baxmayaraq, Allah insanlara rahatlıq və nemət təqdim edir.
(A9 TV; 2 iyun 2017)
Allah layiqincə təqdir edilsə dünyada heç bir dərd qalmaz. İnsanlar Allahı unutduqları üçün çox dərdli yaşayırlar.
(A9 TV; 2 iyun 2017)
Allahın dərman yaratması da çox böyük sənətdir. Xəstəliyi də, şəfanı da Allah yaradır. İnsan allergiya olur, dua olaraq bir dərman alır dərhal keçir. Allah bu dərmanı “bu vəsilə olmasaydı, necə olardı” düşünək deyə yaradır.
(A9 TV; 2 iyun 2017)
Allahın qədrini layiqincə təqdir edə bilmək üçün dua etmək lazımdır. Allahdan, sənətini yaxşı yadda saxlamaq üçün yaxşı yaddaş, Allahın qədrini layiqincə təqdir etmə qabiliyyəti, sənətini gözəl görmə və heyran olma qabiliyyəti istəmək lazımdır.
(A9 TV; 2 iyun 2017)
Dünyada hal-hazırda işlənən ən böyük vicdani cinayət; Allahın sənətini lazımınca təqdir edə bilməmək, Allahın sənətini görməzlikdən gəlməkdir. Avtomobildə musiqi dinləyir, avtomobili də, musiqini də yaradanın Allah olduğunu bir dəfə belə düşünmür. Lakin Allah qulların rahatlığını düşünür. Meyvə satanın qarşısından keçirlər, heyrətverici gözəllikdə meyvələr hamısının dadı, qoxusu, rəngi ayrı gözəldir, bir dəfə belə Allahı xatırlamadan keçib gedirlər. Allah milyonlarla təfərrüatla rahatlıq təqdim edir, insanların çoxu heç Allahı xatırlamadan yaşayıb gedir. Bu qədər nemətə bu qədər biganəlik zülm olar.
(A9 TV; 2 iyun 2017)
Allahın sənətini anlamazlıqdan gəlmək çox çirkindir. İnsanların bu çirkinliyi normal qarşılamaları da çox böyük möcüzədir. Tək bir xalçanın tək bir tükündə yunun alındığı qoyunun genetikasına dair bütün məlumatlar var. Təkcə bu belə Allahın sənətini görmək üçün əhəmiyyətlidir.
(A9 TV; 2 iyun 2017)
Allahın sənətini lazımınca təqdir etməmək, Allahın yaratdığı bu qədər təfərrüatı görməzlikdən gəlmək çox böyük vicdani günahdır.
(A9 TV; 2 iyun 2017)
İnsanların bir çoxu, əşyanı yaradanın Allah olduğunu unutduqları üçün dərin düşünə bilmir. Fincanı, televizor pultunu, yol kənarındakı otları, otların içindəki xromosomları, xromosomdakı məlumatı yaradanın Allah olduğunu düşünmədikləri üçün Allahı lazımınca təqdir edə bilmirlər.
(A9 TV; 2 iyun 2017)





