Lağlağılığın təməlində qısqanclıq var. Qısqanan insan qısqandığı insanın sahib olduğu gözəlliklərə qovuşa bilməməyin acısı ilə lağdan silah kimi istifadə edər.
(A9 TV; 2 sentyabr 2017)
Tayyib hocamın Arakana sahib çıxan danışıqları çox gözəldir. Vətənpərvərlik hissi belə güclü olan prezidentimizin olması nemətdir.
(A9 TV; 2 sentyabr 2017)
Elə bir din yaradıblar ki, tamamilə qadın əleyhinə olan və azadlığın aradan qaldırılması üzərində qurulub. Quranda belə din yoxdur.
(A9 TV; 1 sentyabr 2017)
Yaxşıların şən, gümrah və güclü olması vacibdir. O zaman pisliyə qarşı mübarizələri çox təsiredici olar.
(A9 TV; 1 sentyabr 2017)
Ehtirasın yarana bilməsi üçün Allah sevgisi və Allah qorxusu olmalıdır. İnsan qarşısındakının şərəfini özününkündən daha üstün görərək qoruyursa və qiymətli daş kimi ona qayğı göstərirsə, o zaman ehtiras yaranar. Ət-sümük arxasınca gedən isə ehtirası yaşaya bilməz.
(A9 TV; 1 sentyabr 2017)
Din səmimiyyət, sevgi, dürüstlük, xoşniyyət, təvazökarlıq, təmizlik istəyər. Bütün bu gözəl xüsusiyyətlər gənclərimizdə mövcuddur, nur kimi müsəlmandırlar.
(A9 TV; 1 sentyabr 2017)
Şəhid cənazələrinin cənazə marşı ilə deyil, təkbirlərlə qaldırılmasını illərdir deyirəm, tətbiq olunmağa başlanması çox gözəldir.
(A9 TV; 1 sentyabr 2017)
Bayram namazı müsəlmanların coşğusu, birliyi, əzmini dünyaya göstərmək üçün böyük nemətdir.
(A9 TV; 1 sentyabr 2017)
Nizam-intizam çox vaxt insanın sevincini aradan qaldırar. Allaha təslim olub vicdanınla anbaan Allahın ilhamına tabe olmaq ən düzgünüdür.
(A9 TV; 1 sentyabr 2017)
Peyğəmbərlər və vəli insanlara qarşı dəlilik ittihamı, tarix boyu həmişə edilmişdir. Dəccaliyyət özünə maneə olaraq gördüyü insanı dəli olaraq ittiham edər.
(A9 TV; 1 sentyabr 2017)





