Himayədarlıq sistemində müsəlman özü üçün yaşamaz, bölüşər. Hz. Əbu Bəkr bunu ən yaxşı tətbiq edən idi. Bəzi insanlar bunda çətinlik çəkirlər. Himayədarlıq sistemi Allahın nemət olaraq verdiyini Allaha geri qaytarmaqdır.
(A9 TV; 3 sentyabr 2017)
Sevgi bütün kainatı əhatə edən ruhdur, Allah ruhda təkcə saf sevgi hakim etmişdir. Allah olmadan sevgi olmaz, Allahla birlikdə sevgi yaşanar. Bəzi insanların səhvi sevgini Allahdan ayrı düşünmələridir. Sevgi imanla birlikdə insana təqdim edilən dərin həzdir, dərin gözəllikdir.
(A9 TV; 3 sentyabr 2017)
İngiltərə dərin dövləti tarix boyu əldən-ələ keçmişdir, onun qarşısında da mehdiyyət strukturu olmuşdur. Mehdiyyət həmişə açıq-aydındır. Mehdiyyət hər zaman yaxşılığın, gözəlliyin tərəfindədir. Dəccaliyyət isə pisliyi, mərhəmətsizliyi təmsil edər, ikisinin həmişə mübarizəsi olar.
(A9 TV; 3 sentyabr 2017)
Bəziləri müsəlmanların gözəl geyinməməyi, incəsənətin həyatlarında olmaması, keyfiyyətsiz, adi görünüşlü olmalarının lazım olduğunu düşünərək yanılırlar.
(A9 TV; 3 sentyabr 2017)
Kürdləri irqlərinə görə öz aləmlərində aşağı hesab edənlər ağılsız və namərddirlər. Kürd qardaşlarımız belə əxlaqsız insanları ciddiyə almasınlar. Kürdlərin çoxu seyiddir. Hamısı dəliqanlıdır, gözəl əxlaqlıdır, vəfalı və şərəflidir. Onlar bizim analarımız, bacılarımız, qardaşlarımız, başımızın tacıdırlar.
(A9 TV; 2 sentyabr 2017)
Allah heyvanları sevməyimiz üçün hamısını ayrı-ayrılıqda gözəl və sevimli yaradır.
(A9 TV; 2 sentyabr 2017)
Müsəlmana dünya da gözəldir, ölüm də gözəldir.
(A9 TV; 2 sentyabr 2017)
Bəziləri sevgini lüks kimi görürlər. Halbuki, kainatın mövcudluq məqsədi sevgidir.
(A9 TV; 2 sentyabr 2017)
Hər yerdə pişiklər və küçə heyvanları üçün yemək məkanları olmalıdır. Mütəmadi olaraq təmizləmə aparıldıqdan sonra bu məkanlar heç kimi narahat etməz.
(A9 TV; 2 sentyabr 2017)
İnsan hər nemətdə; “təşəkkür edirəm Allahım” deməlidir. Təşəkkür etdiyini görən başqaları da bu gözəl əxlaqdan nümunə götürər.
(A9 TV; 2 sentyabr 2017)





