Əlil qardaşlarımızın hər şeyindən dövlət və millət məsul olmalıdır. Ailələri deyil, biz hamımız birlikdə o qardaşlarımıza sahib çıxıb baxacağıq.
(A9 TV; 2 sentyabr 2017)
Faydalı kitabı tapıb faydalı olanı oxumaq vacibdir. Kitabın faydalı olduğunun dəlili oxuyan insana ağıl, sevinc, keyfiyyət qazandırmasıdır.
(A9 TV; 2 sentyabr 2017)
İzmir insanının sevinci, azad düşüncəsi, sadəliyi çox gözəldir. Quran müsəlmanlığını mənimsəyən çox gözəl insandırlar maşaAllah.
(A9 TV; 2 sentyabr 2017)
İncəsənətin, elmin, keyfiyyətin, gözəlliyin ən yüksək səviyyəsi Türkiyədə olsa, heç kim Avropaya getmək istəməz. Hər kəs Türkiyəyə gələr.
(A9 TV; 2 sentyabr 2017)
Terrorun kökü darvinizmdir. Terroru tam bitirə bilmək üçün darvinizmin əsassızlığı, iman həqiqətləri və Quran möcüzələrinin izah edilməsi lazımdır.
(A9 TV; 2 sentyabr 2017)
Dünyəvilik hər inanc sahibinin istədiyi kimi yaşamasının zəmanətidir və Quranda dünyəviliyin ən gözəl, ən mükəmməl halı vardır.
(A9 TV; 2 sentyabr 2017)
Münafiqlər və küfr əhli özlərini müstəqil zənn edərlər. Halbuki hər sözləri, hər davranışları, hər planları taledə təyin edilmişdir.
(A9 TV; 2 sentyabr 2017)
Lağlağılıq təkcə lağ edəni alçaldar və onun məntiqsizliyini, həsədini göstərər. Lağlağı sözlər təkcə sahibinin canını yandırar.
(A9 TV; 2 sentyabr 2017)
Arakanda, Əfqanistanda, Liviyada, hər yerdə müsəlmanlar əzilir. Sanki müsəlmanların əzilməyən yeri yox kimidir. Bəziləri də eqoistcəsinə təkcə özünü düşünür, mən özümü xilas edim deyir. Quran ruhunu almış mehdiyyət ruhunu yaşayanlar isə bütün dünyanı xilas etmək istəyər.
(A9 TV; 2 sentyabr 2017)
Televiziyada, sosial mediada saatlarla boş söhbətlər və mübahisələrə dalıb vaxtı boş yerə keçirmək möminə yaraşmaz. Sosial mediada boş mübahisələr təkcə insanların əsəblərini pozmağa yarayır, bezdirir. İnsanın özünü belə bəlaya salmaması lazımdır.
(A9 TV; 2 sentyabr 2017)





