Ənənəçi ortodoks anlayışda qadın yarım varlıq kimi görünür. Qadına yarımdır deyilər. Quran İslamında isə qadın dəyərlidir, xüsusidir.
(A9 TV; 1 sentyabr 2017)
Cənnətin dünyaya bənzər cəhətləri var, lakin görmə daha itidir. Cənnətin əsas gözəlliklərindən biri bu dünyada göstərdiyimiz gözəl əxlaqın izah edilməsi, xatırladılmasıdır.
(A9 TV; 1 sentyabr 2017)
Səmimiyyət Allahın insanlara verdiyi ruh fərəhliyidir, nurdur. Allah insanlara həmişə doğrunu vəhy edər, ona tam əməl etmək səmimiyyətdir. Səmimi demək Allahın qəlbə ilham etdiyinə tamamilə tabe olan insan deməkdir.
(A9 TV; 1 sentyabr 2017)
Rohincalı müsəlmanlar çox qəddarcasına əzilir. Sırf onların çəkdikləri belə İslam aləminin qəflətdən oyanması üçün kifayət etməlidir.
(A9 TV; 1 sentyabr 2017)
Atatürk, gəncləri ənənəçi ortodoks sistemin dəhşətindən xilas etməklə çox böyük xidmət etdi. Ölkəmizi bu zəhərdən qorudu.
(A9 TV; 1 sentyabr 2017)
Türkiyə, İran, Pakistan, Səudiyyə Ərəbistanın ittifaq etsə, Rusiyanı da yanlarına alsalar, bölgə və dünya sülhü sürətlə yaranar. Dərhal birləşək.
(A9 TV; 1 sentyabr 2017)
İnsanların ortaq istəyinin sevgi olduğu anlaşılır. Heç kim meydana çıxıb uca səslə sevgidən danışmır. Həyat, dolanışıq məqsədi içində sevgi boğulmuşdur, indi insanlar yana-yana sevgini axtarır. Allah əvvəlcə sevginin dəyərini insanlara göstərib sevgiyə ac hala gətirdi, artıq bundan sonra bu sevgi tələbi yerinə yetəcək, mehdiyyətlə sevgiyə doyacağıq inşaAllah.
(A9 TV; 1 sentyabr 2017)
İngiltərə dərin dövləti bölgədə neft əldə etmək istədiyi üçün Arakanlı müsəlmanların sürgün edilməsini istəyir. İstədikləri neftdirsə alsınlar, müsəlmanları rahat buraxsınlar. Müsəlmanları qəddarcasına kütləvi şəkildə qətlə yetirirlər. Müsəlmanın canına zərrə qədər dəyər vermirlər.
(A9 TV; 1 sentyabr 2017)
Estetikanı, incəsənəti, keyfiyyəti, qardaş olmağı, heyvanlar və bitkiləri sevməyi, dostluğu yaşamaq istəyənlərin sayı çoxdur. Sevgisizlər isə bir qrup dəstədir. Sevginin həsrətini çəkən gənclər bir qrup nifrət dolu insana dəyər verməsinlər. Yaxında dünyaya yaxşıların istədiyi gözəllik hakim olacaq.
(A9 TV; 30 avqust 2017)
Allahı sevsən, Allah da səni çox sevər. Allaha çox güvənsən, Allah da sənə güvənər.
(A9 TV; 30 avqust 2017)





