İnsan həmişə sevgi axtarışı içində olmalıdır; “ey Rəbb mənə sevdiyin qullarını göstər, məni tək qoyma” deyə dua etməlidir.
(A9 TV; 16 sentyabr 2017)
Beyin qəflətə dalanda insanın ruhunda və bədənində sıxıntı başlayar.
(A9 TV; 16 sentyabr 2017)
Darvinizm insanın ağlı ilə lağ edən, hər şeyi təsadüflə izah etməyə çalışan bir xurafatdır. Gənclərə xurafat öyrədilməsini istəmirik.
(A9 TV; 16 sentyabr 2017)
Kişilərin hakim güc olduğuna, qadınların ağlı zəif, hər an hər şeyi edə biləcək təhlükəli varlıq olduğuna inanıblar. Bu yanlış düşüncə ucbatından qadınları həmişə təzyiq altında saxlayırlar. Quran müsəlmanlığında belə təzyiq sistemi yoxdur.
(A9 TV; 16 sentyabr 2017)
Ənənəçi sistemdə oxumaqdan qorxmaq var, çünki imani zəiflik olduğu üçün oxuduqları zaman imanlarını itirəcəklərini düşünürlər. Halbuki Quran İslamında oxuyan, araşdıran, tədqiq edən, düşünən və ağıllı iman var.
(A9 TV; 16 sentyabr 2017)
Gənclərin demək olar ki, hamısı açıqca ifadə etməsələr belə zehinlərində Quran müsəlmanlığını qəbul etmiş vəziyyətdədirlər. Bu təsiri Bədiüzzaman çox gözəl izah edir: “Pərdələri qapalı bir salona toplanmış və gecə olduğuna inanan insanlara bir gəncin pərdəni azca aralayıb Günəşi göstərməsi gündüz olduğunu dərk etməsi üçün kifayət edər” deyir. Biz də inşaAllah o pərdəni açıb həqiqəti göstərdik.
(A9 TV; 16 sentyabr 2017)
Mövcud olan heç nə yox olmaz. Gördüyümüz hər təsvir əbədiyyətə kilidlənmişdir.
(A9 TV; 16 sentyabr 2017)
Cənnətin əsas xüsusiyyətlərindən biri sevdiklərimizlə birlikdə olmağımızdır. Dünyada sevdiklərimizi cənnətdə doya-doya sevəcəyik inşaAllah.
(A9 TV; 16 sentyabr 2017)
İsa Məsih yenidən gəlib vəfat etdikdən sonra Peyğəmbərimiz (s.ə.v)-in məzarının yanında özü üçün ayrılan yerə dəfn ediləcək.
(A9 TV; 16 sentyabr 2017)
Hz. Mehdi zahir olduğu zaman bütün dünyada çox gözəl həyəcan yaranacaq. Hz. Mehdi Rəsulullah (s.ə.v)-in Hırkai-Şərifini müvəffəqiyyət hesab edərək geyinəcək, bayrağı açacaq.
(A9 TV; 16 sentyabr 2017)





