Uşaqlara məktəbi sevdirə bilmək üçün niyə təhsil aldıqları, oxumağın onları necə keyfiyyətli və gözəl hala gətirəcəyi izah edilməlidir.
(A9 TV; 17 sentyabr 2017)
Azərbaycanlı bacı-qardaşlarımız maşaAllah çox gözəl əxlaqlı olurlar. Allah onları qorusun, həmişə gözəllik nəsib etsin.
(A9 TV; 17 sentyabr 2017)
İsa Məsihi çevik, yaraşıqlı dəliqanlı olaraq inşaAllah görəcəyik. Yaşı çox olmasına baxmayaraq, çox gümrah olacaq.
(A9 TV; 17 sentyabr 2017)
İngiltərə dərin dövləti Yaxın Şərq xalqlarını əvvəlcə bir-birinə düşmən edir, sonra iki tərəfə silah satır, sonra da qətliamı seyr edir.
(A9 TV; 17 sentyabr 2017)
Hədislərə görə Axırzamanda 30-dan artıq böyüklü-kiçikli, aralarında qadınların da olduğu, dəccallar çıxacaq. İnsanlar hamısını bir-bir görəcəklər.
(A9 TV; 17 sentyabr 2017)
Sevgidə sərhəd olmaz. Allah sevginin qarşısını əbədiyyən açıq buraxmışdır, gedə bildiyin qədər gedərsən, ucu-bucağı yoxdur.
(A9 TV; 17 sentyabr 2017)
Səmimi Allah sevgisinin formalaşması ənənəçi ortodoks sistemdə mümkün deyil. Çünki bu sistemin təməli gözəllik, şəfqət əleyhinə qurulub.
(A9 TV; 17 sentyabr 2017)
Allahı sevənlərlə birlikdə olan, vəfasızlıqla qarşılaşmaz. Allahı sevməyən, səni də sevməz, Allaha vəfa göstərməyən sənə də vəfa göstərməz.
(A9 TV; 17 sentyabr 2017)
Quranda Axırzamana aid bir çox ayədə möcüzəvi, təəccübləndirən işarələr var. Böyüklü-kiçikli dəccalların adlarına qədər işarələr var.
(A9 TV; 17 sentyabr 2017)
İraq, İran, Türkiyə və beynəlxalq qurumların hamısının qarşı olmasına baxmayaraq, Bərzaninin referendumda israr etməsi doğru yol deyil. Bərzani bu hadisənin arxasındakı İngiltərə dərin dövlətinin məqsədinin əslində onu devirmək və sünniləri əzmək oyunu olduğunu görməlidir. Bölgədə kütləvi qırğın istəyən bir oyun var. Qarşıdurmaya səbəb olacaq bir yola girmək ağıllı rəftar deyil. İngiltərə dərin dövləti Bərzanini əvvəlcə müstəqillik üçün dəstəkləyib, sonra sui-qəsd və ya münaqişədə sarayını bombalayaraq aradan götürməyi, bölgədə su kimi qan axmasını istəyir. Kürdləri mərhəmətsiz bir müharibənin içinə sürükləyib sünniləri tamamilə yox etmək istəyirlər, geridə qalan bir qrup kürdü də Marksist Leninist PKK-nın nəzarətinə verib müsəlmanları əzməyi planlaşdırırlar. Bərzani bu oyuna düşməsin.
(A9 TV; 17 sentyabr 2017)





