Quran müsəlmanlığı, yəni ağıllı və həqiqi müsəlmanlıq zorakılığın, cinayətlərin, qadınların əzilməsinin aradan qalxmasının və uşaqların qorunmasının yeganə həll yoludur.
(A9 TV; 15 sentyabr 2017)
Səmimi tövbə edildikdən sonra Allah hər günahı bağışlayar.
(A9 TV; 15 sentyabr 2017)
Quran müsəlmanlığında sevgi var. İslamın sevgi qazanında əriməyəcək heç bir problem yoxdur, ən qatı daşı belə sevgi ilə əridər.
(A9 TV; 15 sentyabr 2017)
Dünyanın harasına baxsaq riyazi tarazlıq və nizam görürük. Bu nizamın təsadüfən yarandığına inanmaq çox böyük məntiqsizlikdir.
(A9 TV; 15 sentyabr 2017)
Müsəlmanların bacı-qardaş olması və birlik olması Quranın əsas əmirlərindəndir. İslam Birliyini yaratmaq fərzdir.
(A9 TV; 15 sentyabr 2017)
Allahı sevən, Allahın sahibi olduğu həyatı da sevər. Allaha sevgi ilə yanaşan, həyatla da barışıqdır. Allah ilə barışıq olmayan özü ilə də, həyatla da barışıq olmaz. Allahı sevməyəni həyat da sevməz, həyat onu süründürər.
(A9 TV; 15 sentyabr 2017)
İngiltərə dərin dövlətinin tərəfdarı olan və Türkiyənin əleyhinə fəaliyyətlər göstərənlərlə bir yerdə olmaq heç bir siyasətçiyə yaraşmaz.
(A9 TV; 15 sentyabr 2017)
Məktəblər otel kimi rahat və gözəl olmalıdır, təhsildə filmlərdən istifadə edilməlidir, uşaqlara sevdikləri yeməklər paylanılaraq söhbət, dostluq şəraitində dərslər izah edilməlidir. Sərt cərgələr arxasında, havasız siniflərdə, lövhə qarşısında dərs izah edilməsi boğucudur.
(A9 TV; 15 sentyabr 2017)
İntiqam insanın həm ruh, həm də bədən sağlamlığını pozan bəlalı yoldur. Əfv etmək ağla, qəlbə, bədənə qidadır. Müsəlman həmişə bağışlayıcı olmalıdır.
(A9 TV; 15 sentyabr 2017)
Dini o qədər qarışıq hala gətirdilər ki, insanlar İslam deyə tam fərqli bir xurafat dini öyrəndilər. Quran yetərlidir, aydındır və konkretdir.
(A9 TV; 14 sentyabr 2017)





