Türkiyənin ən təməl mühüm ehtiyaclarından biri keyfiyyətin artması, incəsənətin və elmin dəyər görməsidir.
(A9 TV; 17 sentyabr 2017)
İslam aləminə Quran müsəlmanlığı hakim olsa, bu bölgələr həmin anda cənnət kimi olar, bütün pərişanlıq, əzab aradan qalxar.
(A9 TV; 16 sentyabr 2017)
Mövhumatçı sistem məğlub olmağa məhkumdur. Lakin Quran müsəlmanlığını əzə bilmələri heç vaxt mümkün deyil. İngiltərə dərin dövləti də bunu bildiyi üçün müsəlmanları var gücü ilə Quran müsəlmanlığından uzaq saxlamağa çalışır.
(A9 TV; 16 sentyabr 2017)
Müsəlmanın heç bir hadisədə itkisi olmaz. Müsəlmanın ən pis vəziyyətdəymiş kimi göründüyü zaman ən çox savab qazandığı, gücləndiyi zamandır.
(A9 TV; 16 sentyabr 2017)
Təsiri, müvəffəqiyyəti yaradan Allahdır. Mənə edilən müxalifət dünyada az insana edilmişdir, bütün böhtanlara baxmayaraq, tərtəmiz sularda irəliləyirik.
(A9 TV; 16 sentyabr 2017)
Səhv etmək dəhşət verici deyil. Hər səhv taledə yaradılmışdır və insan bu səhvləri edərək doğrunu tapar.
(A9 TV; 16 sentyabr 2017)
Nəfsdə kin və nifrət var. Kin və nifrəti məğlub etmək üçün insanın göstərdiyi iradə onun əxlaqını gözəlləşdirər və cənnətə layiq edir.
(A9 TV; 16 sentyabr 2017)
Kədər kimi Qurana uyğun olmayan vəziyyətdə orqanizm daxilən çökər və müdafiə sistemi işləməz hala gələr. Mömin bu ruh halından Allaha sığınmalıdır.
(A9 TV; 16 sentyabr 2017)
Pislik edən, böhtan atan insanlar şeytanın istifadə etdiyi maşın kimidir. İnternetdə hər kəsə hücum edən, nifrət dolu bu tiplər sanki maşındır. İnternet necə ki, ruhsuz varlıqdırsa bunlar da ruhsuz robot kimi məxluqdurlar.
(A9 TV; 16 sentyabr 2017)
Zalım, Allahdan qorxmayan bir insanın ölümü, kənardan fərqli görünsə belə, faciədir. Bu insanlar çox böyük əzab çəkərək ölərlər.
(A9 TV; 16 sentyabr 2017)





