Əbu Ləhəb Axırzamanda mehdiyyətin qarşısına çıxacaq dəccallardan birinin kod adıdır. Əbu Ləhəbdən bəhs edildiyi ayələrdə Axırzamana işarələr var.
(A9 TV; 18 sentyabr 2017)
Canlılarda mövcud olan mexanizm fəaliyyətini də təkamül deyə izah etməyə çalışırlar. Mövcud olan şifrlənmiş sistemin işləməsi təkamül deyil, ağıldır.
(A9 TV; 18 sentyabr 2017)
Bərzanini sui-qəsdlə aradan götürmək və böyük bir münaqişəni başlatmaq üçün hazırlanan oyun var. Bu oyuna qarşı onu xəbərdar edək. Bərzani Türkiyənin ağlına və vicdanına güvənsin, özü üçün də, region üçün də çox təhlükəli bir yol olan referendumdan imtina etsin.
(A9 TV; 18 sentyabr 2017)
İngiltərə dərin dövləti dünyanı mən idarə edirəm, sərhədləri mən çəkirəm məntiqi ilə Yaxın Şərqdə yeni sərhədlər çəkmək istəyir.
(A9 TV; 18 sentyabr 2017)
Beyinə gələn elektriki təsvir olaraq qəbul edən ruhdur. Təkamül ruhu izah edə bilməz. Beyinə sadəcə çox zəif elektrik gəlir. Lakin gözü olmadığı halda bu elektriki üçölçülü rəngarəng dünya kimi görən biri var. Təkamül beyində gözü olmadan görən, qulağı olmadan eşidən, dili olmadan dadı qəbul edənin kim olduğunu izah edə bilməz.
(A9 TV; 18 sentyabr 2017)
Hz. Mehdi dövründə ictimai ədalətlə birlikdə bütün müharibələr də bitəcək. Hər yerə sevginin hakim olması görünməmiş böyük hadisə olacaq.
(A9 TV; 18 sentyabr 2017)
Hz. Mehdi dünya miqyasında mənəvi inqilab edəcək, bütün dünyada ictimai ədaləti təmin edəcək. Hamı zəngin, hamı rifah içində olacaq.
(A9 TV; 18 sentyabr 2017)
Quran İslamından başqa bir din anlayışı gənclər arasında qəbul edilmir, edilməz də. Bu, Allahın gözəl nemətidir.
(A9 TV; 18 sentyabr 2017)
Quran və sevgi müsəlmanlığı hakim olacaq. Allahın Quran, İncil və Tövratda vəd etdiyinin reallaşması böyük möcüzədir.
(A9 TV; 18 sentyabr 2017)
Allah İslam əxlaqının hakim olacağını vəd etmişdir. Bu vədi reallaşacaq. Biz də bu vədin reallaşmasına şahid olacağıq inşaAllah.
(A9 TV; 18 sentyabr 2017)





