Ənənəçi ortodoks İslam anlayışında da, darvinizmdə də qadınların əksik, yarım, haşa inkişaf etməmiş bir növ heyvan olduğu inancı var.
(A9 TV; 23 sentyabr 2017)
Hz. Mehdi dövründə din, Peyğəmbərimiz (s.ə.v) dövründə olduğu kimi əslinə qayıdacaq, məzhəblər aradan qalxacaq, Quran tam yaşanacaq.
(A9 TV; 23 sentyabr 2017)
Ənənəçi İslam anlayışı ilə daxilən çökmüş cəmiyyəti əzmək də asan olar. İraq, Liviya, Əfqanistan və digərləri tək-tək bu yolla əzildi. Buna görə də, İngiltərə dərin dövləti israrla ənənəçi ortodoks İslam anlayışını dəstəkləyir, çünki bilir ki, bu sistemlə xalqı əzmək asandır.
(A9 TV; 23 sentyabr 2017)
Yaxın Şərqin geriliyinin və parçalanmağının əsas səbəbi ənənəçi ortodoks, Qurana uyğun olmayan İslam anlayışıdır. Qurandan uzaq ortodoks İslamda incəsənət, elm, keyfiyyət, azad düşüncə, qadın azadlığı, sevinc yoxdur. Belə cəmiyyətin çökməsi labüddür.
(A9 TV; 23 sentyabr 2017)
İraq konstitusiyasına zidd olmasına baxmayaraq, referendum keçirilməsi Şimali İraqa heç bir fayda verməz, əksinə xalqa çox zərər verər.
(A9 TV; 23 sentyabr 2017)
Ənənəçi ortodoks İslam anlayışında həyatla ölüm arasında fərq yoxdur, insanlara dünyada olarkən ölmələrinin lazım olduğu deyilir. Bu anormallığı görən Qərb dünyasının İslam deyildikdə narahatçılıq hiss etməsi haqsız deyil. Quran müsəlmanlığı izah ediləndə bu aradan qalxar. İslamın keyfiyyət və incəsənətin dini olduğunu, insanlara sonsuz azadlıq verdiyini ən gözəl şəkildə vurğulamağımız lazımdır.
(A9 TV; 22 sentyabr 2017)
Allah həmişə sevilərək və tam güvənilərək sığınılacaq Uca Dostdur.
(A9 TV; 22 sentyabr 2017)
Mömin həmişə Allahın lehinə düşünür. Allahın əleyhinə düşünmək insanı alçaldar, ağlını azaldar, bərəkətini əlindən alar.
(A9 TV; 22 sentyabr 2017)
Pislik edənlərin bir çoxu insan görünüşündəki ölüdürlər. Möminlərin imtahan edilməsi üçün xüsusi yaradılmış varlıqdırlar.
(A9 TV; 22 sentyabr 2017)
Sevgi birliyi ruha güc, fərəh, sevinc verər. Zehni açır. Bərəkət gətirər. Sevgi, Allahın ən çox sevdiyi, ən çox istədiyidir.
(A9 TV; 22 sentyabr 2017)





